18 C
Baku
Sunday, November 9, 2025

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi (Gəncə filialı) – Atəşgah sığorta

İŞ PROFİLİ

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi (Gəncə filialı)

Namizədə tələblər

• Yaş: 22-35
• Cinsi: kişi
• Təhsil: Ali
• İş təcrübəsi: bank və ya sığorta sektorunda iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Məsuliyyətlik
• Stressə davamlılıq

Əsas vəzifə öhdəlikləri

• Əmlak sığorta növləri üzrə sığorta hadisələrinin tənzimlənməsi
• Müştəri qəbulu və sənədlərin ekspertizası
• Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
• Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
• Hesabat və digər lazımi sənədlərin hazırlanması

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş yeri: Gəncə filialı
• Əmək haqqı: 300 AZN, 3 aydan sonra 350 AZN

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

• Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər