TƏLƏBLƏR:
- Azərbaycan dilində səlis danışmaq, Rus və İngilis dilini bilmək üstünlükdür;
- Daha öncə müştəri xidmətləri və / və ya sorğularda iştirak etmək;
- İnsanlarla asan ünsiyyət qurmaq, komanda ruhu;
- Müştəri xidməti sahəsinə maraq
- Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
- Bitmiş və ya davam etməkdə olan ali / texniki təhsil;
- MS Office proqramlarında sərbəst işləmək.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 02 Noyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№678/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:
Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza III, mərtəbə 8
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.







