Şirkət: NOVCO MMC
Vəzifə: Müştəri xidmətləri üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Müştəri məmnunluğunun ölçülməsi məqsədilə mağazada şikayət və etirazların araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi;
Mağazaya daxil olan müştərinin qarşılanma və xəzinədə ödənişi edib yola salınma anınadək göstərilən kommunikasiya və müraciət formasına nəzarət etmək;
Müştərilərə göstərilən xidmət və kommunikasiyanın yüksək səviyyədə təşkil olunmasında və bu məqsədlərdən irəli gələn digər işlərin həyata keçirilməsində iştirak etmək;
Müştəri məmnuniyyətini davamlı olaraq izləmək və inkişafına nail olmaq üçün təkliflər vermək;
Müştəri xidmətlərinin keyfiyyətini öyrənmək üçün müştərilər arasında sorğuların keçirilməsi və hesabatların təqdim etmək rosesində iştirak etmək;
Müştəri keyfiyyətinin nəticəsi olaraq müştəri dövriyyəsinin (yeni və təkrar müştərilərin axınının) təhlilində iştirak etmək.
Rəhbərliyin iş prosessində verdiyi göstərişləri yerinə yetirmək.
Namizədə qarşı tələblər:
Yaş 22-30
Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
İş təcrübəsi – 1 ildən az olmayaraq (retail sahəsində olanlara üstünlük verilir)
Analitik təhlil qabiliyyəti olmalı;
Azərbaycan və rus dilində mükəmməl səviyyədə danışıq və yazma bacarığına malik olmalı;
Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığına sahib olmalı;
Məsulliyyətli, dəqiq olmalı
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Müştəri xidmətləri üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.