18 C
Baku
Saturday, May 4, 2024

Müştərilərə daha keyfiyyətli xidmət göstərmək iddiasındayıq

Müsahibimiz: Modenis MMC-nin Biznesin İnkişafı üzrə Meneceri Vüsal Süleymanov

Ümumiyyətlə “eManat” nədir, düzdür, istifadə edənlər artıq tanıyır amma, yenə də əsas iş prinsipi nədən ibarətdir?

vusal_SüleymanoveManat Modern şirkətlər qrupuna məxsus ödəniş terminalları şəbəkəsinin brendidir, bizim əsas biznesimiz “nağd özünəxidmət ödəniş kioskları” hesab olunur. Yəni nağd şəkildə ödənişlər etməyin mümkün olduğu elektron terminallar quraşdırılır və insanlar həftənin istənilən günü və istənilən saatda bu ödəniş terminalları vasitəsi ilə öz ödənişlərini rahat şəkildə gerçəkləşdirə bilir. Bu tam özünəxidmət vasitəsidir, çünki bu zaman heç bir əlavə vasitəçi olmur, müştəri ödənişi, özü bilavasitə kioskdan istifadə  etməklə həyata keçirir.

Gələcəkdə digər ödəniş sahələrinə də daxil olmaq fikrimiz olsa da, hələlik əsas prioritet nağd ödənişlər üzərindədindir. Mart ayının əvvəlində bazara daxil olmuşuq. İlk dəfə Azəriqaz və Azərsu şirkətlərinin təmin etdiyi kommunal ödənişlərin qəbulu ilə başlamışıq. Daha sonra isə digər kommunal ödənişlər, kabel televiziyaları, internet və s. xidmətlərin ödənişlərini də bizim vasitəmizlə həyata keçirmək mümkün oldu.

İndiyə qədər hansı təşkilatlarla işləmisiniz və əsasən hansı tip ödənişləri eManat vasitəsi ilə etmək mümkündür?

Hazırda iki mobil operatorla çalışırıq. Bunlar  Azərfon və Bakcell şirkətləridir. Maliyyə xidmətlərindən Netmoney və Portmant hesablarının doldurulması, CONNECT TV və internet ödənişlərini həyata keçirmək mümkündür, həmçinin Bakı Elektrik Şəbəkənin ödənişlərini artıq oktyabr ayından aktivləşdirmişik. Azərcell şirkətini ilə də əməkdaşlığımız başlamaq üzrədir. Artıq bu ayın sonundan müştərilərimiz  Azərcell-i terminallarımızda görə biləcəklər. Hazırda 570-dən çox terminalımız var, ilin sonunda bu rəqəmi 800 terminala çatdırmağı planlaşdırırıq.

Maliyyə sektoruna genişlənmə barədə planlarınız necədir?

Ümumiyyətlə biz 2014-cü ilin sonuna 2000-dən çox ödəniş nöqtəsinin olmasını planlaşdırırıq. Hazırda bizim bununla bağlı strategiyamız var.  Əgər ümumilikdə ödəniş bazarından danışırıqsa, qeyd etmək istəyirəm ki, onu iki yerə bölmək lazımdır: nağdsız/elektron və nağd ödənişlər, biz bu bazarın nağd ödənişlər hissəsini əsas istiqamətimiz kimi müəyyənləşdirmişik. Biz hesab edirik ki, bu bazar  nəinki tam, hətta əlli faizi belə əhatə olunmayıb. Hazırda biz bazarın çox kiçik bir hissəsini əhatə edirik, təxminən 3% olar. Ümumilikdə isə heç bazarın 30%-nə belə oxşar biznes modellər bu cür terminallarla xidmət göstərmir. İnkişaf olaraq, biz hesab edirik ki, şirkətin gəlirləri baxımından 2014-cü ilin sonuna indiki vəziyyətdən 700% və 800% daha çox ödəniş qəbul etmək potensialımız var.

eManat hansı tip yeniliklər gətirməyi düşünür? Eyni və ya oxşar xidmətləri təklif edən digər təşkilatlardan nə ilə fərqlənəcəksiniz?

Bununla bağlı bizim məhsulların yaradılması departamentinin işçiləri məşğul olurlar. Bizim bu sahədə müəyyən yeniliklər etmək istəyimiz var.  Mən ən azı ikisini qeyd etmək istəyirəm: İnternet üzərindən satışlarda, birbaşa kart sisteminə daxil olmadan yeni biznes modelini işləmişik. Bu model, internet və vebsayt üzərindən satışların kart olmadan bizim terminallarımız üzərindən həyata keçirilməsini nəzərdə tutur. Digər məsələ isə ölkə daxilində pul köçürmələri ilə bağlıdır. Hazırda bu istiqamətdə müəyyən işlər görürük Ümid edirəm ki, 2014-cü ilin birinci rübünün sonunda biz artıq müəyyən nəticələrə əldə edəcək və bu məhsulu müştərilərimizin xidmətinə verəcəyik.

Bir start-up olaraq, özünüzü inkişafın hansı mərhələsində görürsünüz və bəlli etdiyiniz hədəflərə nail olmaq üçün qabaqda daha hansı mərhələlər var, onların hər biri üçün nə qədər zaman tələb olunacaq?

emanatBiz əslində özümüzü tam olaraq start-up kimi qəbul etmirik. Fikrimizcə bunu bir layihə adlandırsaq daha düzgün olar. Çünki bizim investisiya baxımından ciddi çətinliyimiz olmayıb. Ancaq gəlir baxımından biz düşünürük ki, 2014-cü ildə artıq şirkət özünü tam maliyyələşdirəcək və ya biznes dilində desək mənfəətə çıxacaq. Baxmayaraq ki, böyük investisiyalar yatırmışıq, kifayət qədər bazara penetrasiyanı – daxil olmanı inkişaf etdirərək, digər tərəfdən əhalinin bu cür terminallar üzərindən ödənişlərə keçidini sürətləndirərək 2014-cü ildə məqsədimizə nail olmağı planlaşdırırıq.

Mərhələlərlə qeyd etsək, bu cür bölgü daha çox start-uplara uyğun gəlir. İlk mərhələ olur inkubasiya dövrü, daha sonra əməliyyatların mükəmməlləşdirilməsimənfəətlilik gəlir. Üçüncü mərhələ isə ingiliscə desək harvesting adlanır (“məhsul yığımı” da demək olar), yəni bu termini adətən satış məqsədləri üçün istifadə edirlər. Üçüncü mərhələdə şirkət maliyyə və ya kapital bazarına çıxarılır, şirkətin səhmləri satılır.

Əgər start up anlaıyşı ilə yanaşsaq, bir artıq inkubasiyanı çoxdan geridə qoymuşuq. Biz artıq əməliyyatların mükəmməlləşdirilməsi və müştərilərin cəlb olunması, stimullaşdırılması mərhələsindəyik. Dediyim kimi 2014-cü ilin ilk rübünün sonunda biz artıq “məhsul yığımına” başlayacağıq.

Vüsal bəy, şirkətin qiymət siyasəti barədə nə deyə bilərsiniz, bank sığorta və digər maliyyə şirkətlərinə hansı xidmətləri təxmini hansı qiymətlərə təqdim etməyi planlaşdırırsınız?

Bilirsiniz ki, banklar əsasən kredit ödənişlərinin yığımında maraqlıdırlar. Biz hesab edirik ki, bu istiqamətdə gələcəkdə böyük bir trend olacaq. Hazırda 4-5 bankla və bir maliyyə-kredit təşkilatı ilə danışıqlar gedir. 2014-cü ilin əvvəlindən etibarən müştərilərimiz kredit ödənişlərini də bizim kiosklarda həyata keçirə biləcək.

Biz başa düşürük ki, banklarında özünün müəyyən xərcləri var. Mənim sizə dəqiq bir qiymət intervalı verməyim bilmirəm nə dərəcədə düz olar. Çünki müştəridən müştəriyə dəyişir, daha çox müştəriləri olan banklar var, həmçinin nisbətən kiçik müştərilər var. Amma belə deyərdim ki, bu gün bazarda olan praktikadan çox da fərqlənməyəcək. Baxmayaraq ki, biz digər istiqamətlərdə, o cümlədən müştərilərlə xidmət baxımından daha keyfiyyətli xidmət göstərmək iddiasındayıq.

Əsas fərq xidmətin keyfiyyətində  olacaq. Bildirmək istəyirəm ki, biznes modellər adətən B2B (ing. Business to Business, biznesdən biznesə) və B2C (ing. Business-to-customer, biznesdən müştəriyə) olaraq iki yerə ayrılır. Bizdə isə bunların hər iksi cəmlənir. Bizim müştərilərimiz həm iri bizneslər – müxtəlif maliyyə təşkilatları, banklar və digər şirkətlər olduğu kimi, nəzərə almalıyıq ki, terminallardan istifadə edəcək tərəf isə əhalidir. Ona görə də mən bizi daha çox B2C biznes modeli kimi görürəm və biz ən əsas onları məmnun etməyə çalışacağıq. Bizim strategiyamızın əsasında iki başlıca prinsip dayanır.

1.    Müştəri bizim terminallardan əliboş qayıtmamalıdır.
2.    Müştərinin problemi anındaca həll edilməlidir. Bundan ötrü bizim müştəri xidmətləri və Call Center əməkdaşları  fasiləsiz (24/7) çalışır ki, ödənişlərlə bağlı hər hansı bir problem yaranarsa, əməkdaşlarımız onu dərhal həll etsin.

Mənə maraqlıdır ki, Azərbaycanda start-uplara münasibət necədir  və ümumiyyətlə start-upa  etibar etmək üçün ən vacib meyarlar, sizin düşüncənizcə hansılardır?

Biz özümüz də hazırda bir start-upla əməkdaşlıq etmək mərhələsindəyik, artıq onları sistemimizə inteqrasiya edirik. Bu şirkəti bütün parametrlərə görə tam start-up adlandırmaq olar. Endirim kuponlarının satışı ilə bağlı fəaliyyət göstərməyi hədəfləyən və tamamı ilə gənc kadrlardan, universiteti yeni başa vurmuş gənclər tərəfindən qurulmuş şirkətdir. Biz çalışırıq ki, onlara kifayət qədər dəstək verək və bu ölkədə sahibkarlıq mühitinin inkişafı baxımından da məqsədəuyğundur. Ümid edirik ki, dekabr ayından etibarən onların da xidmətlərini terminallarımıza yerləşdirəcəyik.

Start-uplara gəldikdə isə əsas ideyadır. Mütləq hər hansı bir ideyanı analiz edərkən, hansı ehtiyacı ödəyib-ödəməyəcəyini müəyyən edirsiniz. Yəni bu biznesdən biznesə və ya biznesdən birbaşa istehlakçıya satış ola bilər. İlk öncə təhlil etmək lazımdır ki, bu ideya hansı ehtiyacı və  hazırda bazarda eyni tipli xidmət göstərən digər şirkətlərdən nə dərəcədə daha ucuz və ya daha keyfiyyətli ödəyir. Əsas bu iki meyar ilə müəyyənləşir. İnvestorlar təbii ki, gələcək, növbəti 5-10 il ərzindəki pul dövriyyələrinə və mənfəətə baxırlar.

Amma start-upların yaranması üçün, kifayət qədər, dediyim kimi bazarda yeni bir ehtiyacı ödəyə biləcək və ya hər hansı bir ehtiyacı bazara xidmət göstərən cari şirkətlərdən daha yaxşı və səmərəli ödəyə biləcək ideyaların olmasına diqqət yetirilir. Bu ideya olduqdan sonra artıq siz məsələnin qanunvericilik tərəfinə baxacaqsınız, yəni hər hansı bir məhdudiyyət varmı, bu ideyanı həyata keçirən komanda nə dərəcədə peşəkardır, bundan başqa bu cür ideyaların oğurlanması, eyni şirkətlərin bazarda çoxalma ehtimalı və s. nəzərə almaq lazımdır.

Təşəkkür edirəm.  

elmler

Son xəbərlər
 ⁠
Digər xəbərlər