16 C
Baku
Thursday, April 25, 2024

Müştərilərə risk dərəcəsinə uyğun faiz dərəcələri təyin edilməlidir

Banker.az –ın Dəmir Bankın Risk Departamentinin və “Risk üzrə treninq və konsaltinq xidmətləri göstərən “ECRS” şirkətinin ” direktoru – Kamil Ələsgərov ilə müsahibəsi

2008 ildə dünyada böhran tüğyan edən zaman Azərbaycanda da risklərin idarə olunması istiqamətində ciddi islahatlar aparıldı. Lakin , böhranın ölkəyə ciddi təsiri olmadığından risk menecment sonradan yenidən ikinci plana keçdi. Sizcə, hazırda Bankların idarəetməsində risk menecmentin rolunu artırmağa ehtiyac varmı ?

Hal-hazırda borclanma 2008-də olduğundan daha yüksəkdir və artan tendensiya ilə gedir. Müştərilərin daha çox kreditlə yüklənməsi ,bazarda doymanın artması şəraitində banklar, daha çox aşağı ödəmə qabiliyyəti olan, aşağı kateqoriyalı, yüksək riskli müştərilərə kredit verirlər Bu, yüklənməni artırmaqla yanaşı qısamüddətli və ortamüddətli perspektivdə banklar tərəfindən bazarda vəziyyətin necə olacağını proqnozlaşdırmaqda çətinlik törədir. Belə olan halda risk menecment çalışır ki, müştərilər barədə dəqiq, hesablanmış, ciddi metodlara əsaslanan risk profili müəyyənləşdirsin. Bu da əslində risk menecmentinin rolunu artırır.

Təbii olaraq sual yaranır ki, yüklənmə nə dərəcədə təhlükəldir?

Yüklənməni bir neçə aspektdə nəzərdən keçirmək olar. Birincisi, yüklənmənin hansı kreditlər üzrə, istehlak yoxsa biznes istiqamətində artmasına baxmaq lazımdır. İstehlak istiqamətində artım hamıya məlumdur ki, çox təhlükəli bir istiqamətdir, nəticəsi də yaxşı  nəsə vəd etmir. 2008-ci ilin maliyyə böhranı da həmin problemi açıq-aydın göstərdi. İstehlak kreditləri əlavə dəyər yaratmır, cəmiyyətin resurslarının son istifadəsinə səbəb olur. Nəticədə bank resursları sadəcə son istehlak üçün istifadə olunur. Biznes istiqamətində isə kreditlərin genişləndirilməsində, doyma dərəcəsinə baxmaq lazımdır. Zənnimcə, biznes istiqamətində kreditlərin genişləndirilməsi (müəyyən limiti keçməmək şərti ilə) o qədər təhlükəli məsələ deyil. Xatırladaq ki, biznes istiqamətində kreditlərin artırılması əlavə dəyər yaradılmasına kömək edir. Dünyada belə qəbul edirlər ki,  “Biznesi daha çox maliyyələşdirməklə, əlavə dəyər yaradılmasına xidmət edirik”.

Yüklənməyə, xüsusilə biznes kreditləri bazarında yüklənməyə digər tərəfdən bazarın mütləq və nisbi doyması əsasında baxmaq olar.  Doyma dərəcəsi, yəni nisbi doyma artan tendensiya göstərsə də Azərbaycan bazarında hələ ki, tam doymanın olmasını demək olmaz. Bəzi biznes subyektləri ümumiyyətlə kredit bazarında iştirak etmir və ya tam potensiallarına uyğun kreditləşməyiblər.. Kreditləşməni bu istiqamətdə genişləndirmək olar, və əslində, bu seqmentə kreditləşmənin artırılması təhülkəli deyil. Amma biznes kredilərinin özündə belə doymuş (mütləq, yəni potensialına bərabər və daha çox kreditləşmiş) bazar təhlükəli vəziyyət ala bilər.

Banklar riskli müştəriyə kredit verməlidirmi?

Bəzən belə bir fikir formalaşır ki, riskli müştərilərə kredit verilməsi risk menecmentin olmaması və ya zəif olması deməkdir. Əslində bu belə deyil. Riskli müştərilərə də kredit verilməsi qəbulolunan bir praktikadır, bir şərtlə ki, riskli müştərilərə krediti qiyməti, faiz dərəcəsi, kommisyon dərəcələri adekvat şəkildə təyin olunsun. Həm riskli müştəriyə, həm də risksiz müştəri  eyni faiz dərəcəsi ilə kredit təqdim ediriksə, vəsait veririksə, o halda bizdə ciddi risk var, çünki artıq bundan ortaya çıxa biləcək itkilər bank gəlirləri ilə qarşılana bilmir. Bu bazarın riskini nəzərə alıb və vəsaitin qiymətini ona uyğun təyin ediriksə, bu halda risk menecmentinin elmi və əsalı yanaşmasını ortaya qoymuş oluruq.

Riskli müştəri olanda risk menecment bu prosesdə hansı rolu oynayır?

Risk menecmentinin işi riskli müştəriləri kənarlaşdırmaq deyil, adından da görüldüyü kimi risklərin idarəolunmasıdır.  Riskin yox edilməsi mümkün deyil, belə bir anlayış da yoxdur. Dünya Bankının altqurumu olan Beynəlxalq Maliyyə Korporasiyası (İnternational Finance Corporation) tərəfindən çap olunmuş işçi sənədləridən birində riskin çin dilində olan çox gözəl tərifini təqdim edirlər.: Risk həm itki qorxusudur, həm də gəlir əldə etmək imkanı deməkdir. Yəni, riskə ikili baxmaq lazımdır. Risk menecmentinin rolu ondan ibarətdir ki,  riskin düzgün istifadə olunmasında köməkçi olsun. Hal-hazırda Azərbaycanın bank sektorunda olan böyük bankların əksəriyyətinin kapitalı onların aktivlərinin 2-3 dəfə artırılmasına imkan verir. Bu o demədir ki, bu banklar bazar payı və tutulmamış bazarlar uğrunda mübarizə aparır. Belə olan şəraitdə sözsüz ki, riskli müştərilərin də bazarda payı artır. Yalnız elmi yanaşmaya əsaslanan risk menecment sayəsində belə rəqabətdən yaxşı mövqelərlə çıxmaq olar.

Faiz aşağı düşsə banklar zərər etməz?

Əgər haqqında danışılan kredit faizlərinin aşağı düşməsi prosesi baş tutarsa, onda zərər edə bilər. Amma bunu  idarə etməyin metodları mövcuddur. Təbii ki, təkcə risk səviyyəsini, gəlirləri tənzimləməklə deyil, xərclərin azaldılması ilə mənfəətliyi təmin eləmək olar. Bu isı artıq bankın nə dərəcədə effektiv işləməsinə bağlıdır. Zənnimcə, ölkə banklarının böyük əksəriyyətinin xərc baxımından müəyyən qədər yaxşılaşmasına ehtiyac var. Ağıllı yanaşma nəticəsində xərclərinin bir qismini ixtisar edə, azalda bilərlər. Bununla da kredit faizləri aşağı düşsə də, bu onlara elə də ciddi təsir göstərməz. Bundan əlavə ölkədə ümumi faizlərin aşağı düşməsindən danışılır və deməli faiz gəlirləri aşağı düşürsə faiz xərclərinin də aşağı düşməsi gözlənilir. Belə olan halda bankların əldə elədiyi vəsaitlər də aşağı qiymətə başa gələcək və aradakı marja yenə qoruna bilər.

Hər seqmentə uyğun faiz dərəcəsi tətbiq olunmalıdır?

Dünyanın hər yerində riskli müştəri üçün daha yuxarı faiz  dərəcəsi təyin olunur. Hamı da bunu normal qəbul edir, çünki bilir ki onun risk səviyyəsi yuxarı olduğuna görə onun poetnsial itkilər daha çox ola bilər. Təəssüf ki, biz də hələki bu praktika yayılmayıb. Güman edirəm ki, dönüş nöqtəsi olacaq. Bütün bankların işlədiyi müştərilər artıq hamısı eyni səviyyəli deyil, eyni risk dərəcəsinə malik deyil. Burda yüksək risklər və aşağı risklər var. Ümumi faizləri artırıb bütün yüksək riskli müştəriləri aşağı riskli müştərilər hesabına kompensasiya etmək olar. Bu isə adekvat yanaşma deyil. Bu halda, yaxşı müştərini də itirə bilərik, ya da məcburuq differensial olunmuş qiymətləndirmə sisteminə keçək.

Potensial müştəri üçün ən aşağı faiz dərəcəsi nə qədər olacaq?

Hər bir bank üçün məxsusidir. Bu, vəsaitlərin hansı qiymətə başa gəlməsindən, əməliyyat xərclərindən onların işlədiyi müştəri qrupunun özünün hansı risk səviyyəsinə malik olmasından asılıdır.  Ona görə də konkret fikir söyləmək çətindir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər