11 C
Baku
Friday, November 15, 2024

Müştərilər depozit qoymaq üçün niyə “AccessBank”ı seçməlidir?

“Əhalinin yəni Fiziki şəxslərin əmanətləri üzrə renkinqlərdə biz TOP banklar siyahısındayıq”.  Bunu “AccessBank” QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev Banker.az-la müsahibəsində “Niyə müştəriləriniz banka inanıb, əmanət yerləşdirməlidir?” sualına belə cavab verib.

İ.Quliyev bildirir ki, AccessBank mütəmadi olaraq əmanətçilər arasında sorğular keçirir və onların bank əmanətləri üzrə davranışlarını analiz edir. Bütün bunlar AccessBank-ın daim müştəri məmnuniyyəti səviyyəsinin yüksək səviyyədə qorunması üçün həyata keçirilir.

“Biz öz müştərilərimizə “Niyə “AccessBank”ı seçirsiniz?”, qeyri müştərilərimizə isə “Hansı bankda depozit yerləşdirmək istərdiniz və bunun səbəbi nədir” suallını veririk.  Hər iki qrupdakı respondentlər banka əmanət yerləşdirən zaman ilk olaraq bankın faiz dərəcələrinin maraqlı (yüksək) olmasına, ikinci olaraq isə bankın etibarlı olmasını qeyd edirlər”- deyə, İ.Quliyev bildirir.

Bankir deyir ki, banka etibar dedikdə isə hər il eyni cavablar alınır: əmanət yerləşdirilən bank – dövlət bankı və ya xarici təcrübəli bank olmalıdır, yüksək faiz təklifi olmalıdır və sığortalı olmalıdır. “Maraqlıdır ki, sorğuda iştirak edənlərin əksəriyyəti əmanət yerləşdirdiyi bankın maliyyə hesabatları ilə maraqlanmır. Halbuki burdada, mənfəətlik meyarı baxımından Bankımız TOP beşlikdə yer almışdır”.

“Accessbank-ın depozit fəaliyyəti prioritet istiqamətlərdəndir və burada müştəri məmnuniyyəti çox vacib amildir. Müştəri məmnunluğu səviyyəsinin qorunub saxlanılması üçün mən şəxsən özüm hər ay yeni əmanət yerləşdirən müştərilərlə əlaqə saxlayıram. Zəng etdiyim 10 nəfərdən 7-si səhmdarımız beynəlxalq olduğu üçün bizi seçdiyini bildirir, demək ki, bu doğurdanda vacib və etibarlı göstəricidir. Ümumiyyətlə isə, hər bir insan banka depozit yerləşdirərkən, səhmdarların strukturu, maliyyə dayanıqlılığı və kapital adekvatlığı səviyyəsi vacib göstəricilərdir. Düzdür, sıravi vətəndaşın bu barədə məlumatı olmaya bilər, lakin bankların və medianın üzərinə burada böyük məsuliyyət düşür ki, bu kimi vacib maliyyə göstəricilərin nə olduğunu onlara izah etsin. Bundan savayı bankların rüblük, prundesial hesabatlarıda bankların rəsi veb səhifəsində yerlədirilir və yenilənir”.

Bununla belə, İlkin Quliyev fiziki şəxslərin milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin gəlir vergisindən azad edilməsi qərarının da depozit portfelinin inkişafına və əhalinin artıq 12 aylıq deyil, daha uzun müddətə depozitlərin yerləşdirilməsinə müsbət təsir göstərdiyini bildirir.

“Hazırda əmanətçilərin 80 faizi  məhz 18 aylıq müddəti seçir, çünki bu müştərilər 1%-lik faiz gəlirinə düşən vergi yükündən azaddırlar. Bu, bizim kimi banklar üçün də sərfəlidir”.

“AccessBank”ın depozit portfeli 1 mlrd. manat üzərindədir və bunun da,  70 faizə qədəri müddətli depozitlərdir. Bankın depozitləri həmçinin yuxarı gəlirlilik təklif edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Son xəbərlər
Digər xəbərlər