8 C
Baku
Friday, March 29, 2024

Müştərilər gözlərinin skan edilməsi ilə hesab aça biləcək

Hindistanın DCB Bank bankının müştəriləri gözlərinin skan edilməsi ilə bank hesabı açmaq da daxil olmaqla bir neçə əməliyyat həyata keçirə biləcəklər.

Belə ki, müştərinin gözü skan edildikdən sonra bu məlumat onun Aadhaar bazasında (Hindistan əhalisinin biometrik identifikasiyası üçün dövlət sistemi) olan nümunə ilə uyğunlaşdırılacaq.

Bu prosedurun mərhələləri bundan ibarət olacaq: bank əməkdaşı 3-5 saniyə ərzində xüsusi kameranın köməkliyi ilə müştərinin gözlərini skan edəcək. Daha sonra isə kamera vasitəsilə əldə edilən məlumatların Aadhaar bazasına daha əvvəldən yüklənmiş məlumat ilə uyğunluğu yoxlanılacaq.

Xidmət gələcək 6 ay ərzində DCB bankının 250 filialında işə salınacaq.

Son xəbərlər
Digər xəbərlər