“Unibank KB” ASC-nin maliyyə mənbəsinin əsasını təşkil edən manatdakı müddətli və eləcə də tələbli depozitlərinin həcmi 2023-cü ilin ilk rübündə azalıb.
Banker.az xəbər verir ki, bununla bağlı “Unibank”ın rüblük hesabatındakı “VakyutaRiski” ilə bağlı göstəriclərdə qeyd edilir.
“Unibank”ın depozit portfeli 2023-cü ilin 1-ci rübündə müddətli depozitlərin həcmi 4.17 milyon manat və ya 1% azalmaqla 437.77 milyon manatdan 433.6 milyon manata düşüb.
Müddətli depozitlər – müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır.
Müddətli depozitlər “Unibank”ın vəsait cəlbində əsas maliyyə mənbəsidir. Bankın cəmi depozit portfelində müddətli depozitlərin payı 55%-dir ki, bunun da əsası milli valyuta ilə cəlb edilən müddətli əmanətlərdir.
“Unibank” müddətli əmanətlər üzrə ən iri portfelə malik olan bankdır. Digər banklarla müqayisədə manatdakı müddətli [fiziki şəxslər üçün] daha yuxarı illik faiz vəd edir. Bank bununla müştərilər üçün cəlbedici görünməklə vəsait cəlbini təmin etmək istəyir. Sonuncu dəfə aprelin əvvəlində bank müddətli depozitlərinin faizlərini 10%-dən 10.5%-ə qaldırıb. Banker.az-ın aprel ayına olan araşdırmasına əsaslansaq bu ölkə üzrə artıq TOP3-lükdə ən yüksək depozit faizi təklif edən bank sırasındadır. 24 ayın üzərində isə bank 11%-lik depozit cəlb edir. Göründüyü kimi, bank depozit faizlərini yüksəkdə saxlamasına rəğmən milli valyutada müddətli depozitlərinin həcmini böyüdə bilməyib.
Bankın nəinki müddətli, manatda olan tələbli depozitlərinin həcmi də azalıb. Manatda olan tələbli depozitlərinin həcmi ilin ilk rübündə 14.71 mln. manat, yaxud 5% azalma ilə 273.44 mln. manata düşüb.
Beləliklə, “Unibank” ASC-nin milli valyutada olan depozit portfelində cəmi olaraq 18.88 mln. manatlıq depozitlər “geri çəkilməklə”, cəmi göstərici 725.92 mln. manata düşüb.
Cəmi depozit portfelinin böyüməsi “cəlbedici” dinamika kimi görünsə də, burada əsas faktı xarici valyutada depozitlərin yükəlməsidir. İlin ilk rübündə kommersiya bankının xarici valyutada olan depozit portfelində ABŞ dollarında olan depozitlər 174.31 mln. manatdan (ekvivalent) 191.33 mln. manata və avroda 86.93 mln. manatdan 90.07 mln. manata yüksəlib. Bankın rüblük hesabatındakı “VakyutaRiski” ilə bağlı göstəricləri aşağıda qeyd edirik: