Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən çox olub.
Banker.az xəbər verir ki, bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.
“Bank Ombudsmanı İkram Kərimov hər zaman qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Məbləğ artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər”, – deyə o bildirib.