Türkiyə “Ziraat Banka”sının Azərbaycandakı törəmə bankı “Ziraat Bank Azərbaycan” ASC-nin 2019-cu ilin oktyabrın 1-nə cəmi aktivləri 227,811 mln manat olub ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 5,7% çoxdur.,
Banker.az xəbər verir ki, bankın müştərilərə verilən kreditləri isə 127,174 mln manat təşkil edib. Belə ki, cari ildə 2018-ci ilin analoji dövrüylə müqayisədə “Ziraat bank”ın kredit portfeli 35,4% artıb.
2019-cu ilin oktyabr ayının 1-nə “Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 156,943 mln manat təşkil edib ki, bu da illik müqayisədə 6% artım deməkdir. Bankın depozit portfeli isə 9,3% azalaraq 79,332 milyon manat olub.
“Ziraat Bank Azərbaycan”ın cəmi kapitalı isə 5% artaraq 70,868 mln manat təşkil edib.