13 C
Baku
Friday, November 22, 2024

Müştəriləri “AFB Bank”dan 3 ay ərzində 96,5 mln. manatı geri çəkib

“AFB Bank” ASC-nin (haqqında) cəmi aktivləri son 3 ay ərzində 20%-ə yaxın kiçilməklə 420,04 mln. manata düşüb.

Banker.az bu barədə AFB Bank-ın 2018-ci ilin ilk 9 ayının sunu ilə bağlı hesabatına istinadən xəbər veririr.

Cəmi aktivlərdə əsas pay sahibi olan Kredit Portfelinin cəmi həcmi 224,77 mln. manata düşüb ki, bu da məhz ilin II rübü ilə müqayisədə  18,31 mln. manat azalma olmasl deməkdir.

AFB Bank-ın ümümi öhdəlikləri 346,24 mln. manat təşkil edib ki, bu da ötən rüblə müqayisədə 104,54 mln. manat azalma olmasl deməkdir. Bunun da əsas səbəbi şünhəsiz, Bankda yerləşdirilən depozitlərin (müddətli əsasən azalıb) həcminin son rüb ərzində nə az, nə çox 96,53 mln. manat azalmasıdır. Belə ki, iyulun 1-i ilə müqayisdə sentyabrın 1-də “AFB Bank”ın depozit portfeli 44% azalmaqla 220,59 mln. manata düşüb. Depozitlərdə göstərilir ki, hüquqi şəxslərin 4,25 mln. manatlıq müddətli depozitləri tamamən götürülüb (0-a düşüb), fiziki şəxlərin isə müddətli depozitləri 74,18 mln. manatdan 67,72 mln. manata yuvarlanıb.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (“Gilan Holdinq”in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər