14 C
Baku
Friday, May 17, 2024

“Muğanbank” maliyyə göstəricilərini açıqlayıb

“Muğanbank” ASC-nin 2018-ci ilin son rübü, yəni, oktyabr-dekabr ayları ərzində depozit portfeli 7%-dən çox kiçilib.

Banker.az bu barədə bankın 2018-ci il üzrə açıqladığı maliyyə hesabatına istinad edir.

Hesabata görə, ilin sonuna depozit portfeli 280,78 mln. manat təşkil edib ki, bu da IV rübə başlarkən 302,27 mln. manatdan çox təşkil edirdi.

“Muğanbank”ın banklar və digər maliyyə institutları qarşısında öhdəliyi isə əksinə, son rübdə artaraq 184,91 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində bankın cəmi öhdəlikləri 471,66 mln. manat təşkil edib. Bu ötən rüblə müqayisədə 4% azalma olmasına rəğmən, hesabat dövründən öncəki il (2017) ilə müqayisədə 15% artım olması deməkdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər