“Hazırda 5G Azərbaycan bazarı üçün yararlı texnologiya deyil. Çünki təzədir və ondan Azərbaycanda istifadə imkanları çox məhduddur”.
Bunu açıqlamasında “Bakcell” MMC-nin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
“5G mobil rabitə bazarındakı istehlakçılara lazım deyil və bu baxımdan yaxın gələcəkdə vəziyyət dəyişməyəcək. Bu texnologiyanın yeganə üstünlüyü qısa siqnalvermə intervalıdır, hansı ki bu gün yalnız robotlaşdırılmış zavod və fabriklərda istifadə oluna bilər. Bundan əlavə dünyada avtomobilin avtomatlaşdırılmış idarə edilməsi üçün da bu texnologiyadan istifadə olunur, bu da bizim mobil rabitə bazarında yaxın illərdə istifadə olunmayacaq. Həmçinin, istehlakçıların bu texnologiyanı dəstəkləyəcək cihazları demək olar ki yoxdur.
İstifadə etdiyimiz texnologiyalar, yani 2G, 3G və 4G bütün dünyada ən effektiv texnologiyalar hesab olunur. Bu texnologiyalar bütün mobil rabitə ehtiyaclarını ödəmək imkanına malikdirlər və hətta indiki istehlakçılar və cihazlar 4G texnologiyasının bütün imkanlarını istifadə etmir.
5G texnologiyasından istifadə etmək üçün həm baza stansiyaların sayı, həm da əhatə dairəsi ikiqat artırılmalıdır. Bu isə yalnız bu avadanlığı istehsal edən İsveç və Çin şirkətlərinin xeyrinə olacaq, adi istifadəçilər isə bundan yararlana bilməyəcəklər. Belə bir investisiya hazırda məqsədəuyğun deyil. Çünki istehlakçılar bu texnologiyadan istifadə etməyəcəklər” – deye “Bakcell” rəsmisi qeyd edib.
O, həmçinin deyib ki, şirkət 099 prefiksi ilə nömrələrin istifadəyə verilməsi istiqamətində işlər aparır.
©Report