Bu gün əhalinin bank kartlarına marağı artmaqdadır. Bankların plastik kartlar üzrə təklif etdiyi əsas üstünlüklərdən biri də məhz kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir neçə bank tərəfindən təqdim edilir.
Banker.az qeyd olunan özəlliyi olan kartların siyahısını təqdim edir.
ABB
TamKart Debet kart sahiblərinə kartdakı vəsaitlərinə illik 3%-dək gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir. TamKart kredit limitindən ABB-yə məxsus ATM-lərdən vəsait nağdlaşdırıldıqda komissiya haqqı 1.5%,min.2 AZN təşkil edir. ABB-yə məxsus ATM-lərdən nağd vəsaiti kartın debet hissəsindən nağdlaşdırdığınız halda komissiya haqqı tutulmur.
TamKart Visa Classic, TamKart MasterCard Standard – ABB mobile-da qeydiyyatdan keçən kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 5 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. Kartın qiyməti 5 illik 5 AZN təşkil edir.
TamKart VISA Gold, TamKart MasterCard Gold – Kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 10 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. 5 illik kart xidmətinin qiyməti 30 AZN-dir.
TamKart VISA Platinum, TamKart MasterCard Platinum –Kartdakı qalığa illik 3% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 20 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. 5illik kart xidmətinin qiyməti 100 AZN-dir.
TamKart VISA Classic Debet,Tam Kart MasterCard Standard Debet – ABB Mobile-da qeydiyyatdan keçən kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 5 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. 5 illik kart xidmətinin qiyməti 5 AZN-dir.
TamKart VISA Gold Debet, TamKart MasterCard Gold Debet – Kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 10 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. 5 illik kart xidmətinin qiyməti 50 AZN-dir.
TamKart VISA Platinum Debet, TamKart MasterCard Platinum Debet – Kartdakı qalığa illik 3% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 20 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. 5 illik kart xidmətinin qiyməti 100 AZN-dir.
TamKart VISA Premium Debet, TamKart MasterCard Premium Debet – Kartdakı qalığa illik 3% hesablanır və ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 50 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur.3 illik kart xidmətinin qiyməti 300 AZN-dir.
ABB Miles MasterCard – Kartdakı qalığa illik 3% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 20 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü mil ekvivalentində kartın mil balansına əlavə olunur .3 illik kart xidmətinin qiyməti 60 AZN-dir.
ABB Miles MasterCard Premium – Kartdakı qalığa illik 3% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 50 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü mil ekvivalentində kartın mil balansına əlavə olunur. 3 illik kart xidmətinin qiyməti 150 AZN-dir.
ACCESSBANK
Məbləğindən asılı olmayaraq debet kart hesabında olan müsbət qalıq məbləğə əlavə gəlir. Kartın növündən asılı olaraq hesablanan faizlərdə fərqli ola bilər.
Mycard Standart kart hesabındakı qalığa illik gəlir 4%. Kartın qiyməti 15 AZN-dir. Kartın 1 illik xidmət haqqı üçün nəzərdə tutulmuşdur. Növbəti hər il üçün 10 AZN təşkil edir. AccessBank-ın ATM-lərində nağdlaşdırma 0%, Ölkədaxili ATM nağdlaşdırma 1%-dir.
Mycard Premium – kart hesabındakı qalığa illik gəlir 5%. Kartın qiyməti 50 AZN-dir. Növbəti hər il üçün 35 AZN təşkil edir. AccessBank-ın ATM-lərində nağdlaşdırma 0%, Ölkədaxili ATM nağdlaşdırma 1%-dir.
Mycard Junior – kart hesabındakı qalığa illik gəlir 4%. Kartın qiyməti 20 AZN-dir. Növbəti hər il üçün 10 AZN təşkil edir. AccessBank-ın ATM-lərində nağdlaşdırma 0%, Ölkədaxili ATM nağdlaşdırma 1%-dir.
Mycard Lux -kart hesabındakı qalığa illik gəlir 6%. Kartın qiyməti 150 AZN-dir. Növbəti hər il üçün 100 AZN təşkil edir. AccessBank-ın ATM-lərində nağdlaşdırma 0%, Ölkədaxili ATM nağdlaşdırma 1%-dir.
AZƏR TÜRK BANK
ATB Card – AZN valyutada olan debit kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25,000 AZN-dır). Kartın üstünlükləri bunlardır: Tamamilə ödənişsiz, Bankın ATM-lərində, həmçinin digər bankların ATM-lərində nağdlaşdırma 0% təşkil edir.
Bank of Baku
Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. “Bank of Baku”nun ATM və POS vasitələrilə nağdlaşdırma 0%, yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma isə 1.5% təşkil edir.
Bolkart Gənc Debet – Hesaba minimal vəsaitin qoyuluşu 100 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Gənc Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Gənc Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 200 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Gənc Debet kartını pulsuz əldə etmək mümkündür.
Bolkart Ailə Debet – Emissiya və 12 aylıq xidmət haqqı – 8 AZN, Emissiya və 24 aylıq xidmət haqqı – 14 AZN, Emissiya və 36 aylıq xidmət haqqı – 18 AZN-dir. Hesaba minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Ailə Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 250 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Ailə Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Ailə Debet kartını pulsuz əldə etmək mümkündür.
Bolkart Gold Debet – Emissiya və 24 aylıq xidmət haqqı – 50 AZN, уmissiya və 36 aylıq xidmət haqqı – 50 AZN, hesaba minimal vəsaitin qoyuluşu 500 AZN/USD/EUR təşkil edərsə, 24 və 36 aylıq Bolkart Gold Debet kartını pulsuz əldə etmək mümkündür.
Bolkart Diamond Debet – Emissiya və 24 aylıq xidmət haqqı – 150 AZN, hesaba minimal vəsaitin qoyuluşu 7000 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Diamond Debet kartını pulsuz əldə etmək mümkündür.
Bank Respublika
Neo kart məhsulunda qalıq üzrə faiz hesablanır.
Neo kart Standard– qalıq üzrə illik faiz AZN illik 3% , USD illik 0.1%. Kartın qiyməti 20 AZN, müddəti 3 ildir. Minimum faiz hesablanacaq məbləğ 0, Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN/USD-dir. Bank Respublikaya məxsus bankomatlardan nağdlaşdırma pulsuzdur. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 5 dəfə pulsuz nağdlaşdırma.
NeoKart Premium– qalıq üzrə illik faiz AZN illik 5%, USD illik 0.2%. Minimum faiz hesablanacaq məbləğ – 0. Maksimum faiz hesablanacaq məbləğ 20 000 AZN/USD. Kartın qiyməti 80 AZN, müddəti 3 ildir. Bank Respublikaya məxsus bankomatlardan nağdlaşdırma pulsuzdur. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 10 dəfə pulsuz nağdlaşdırmadır. Digər hallarda xidmət üzrə komissiya Bankın müvafiq tarifləri ilə tənzimlənir.
Expressbank
Debit qalığına illik gəlir faizi yalnız ₼ valyutalı kartlar və Expresso kartının növündən asılı aşağıda qeyd edilən qalıq məbləğ üzrə hesablanır:
Expresso Standard – ₼ valyutalı Debit qalığına illik faiz dərəcəsi 3%-dir, 100₼-dan 10 000 ₼-dək qalıq məbləğ üzrə hesablanır. Qiyməti 30 manatdır, Expresso kartlarını əldə etmək istəyən müştərilər hesablarına minimum 100 AZN /60 USD /50 EUR /50 GBP ilkin mədaxil etməklə Expresso Standard tam pulsuz əldə edə bilərlər.
Expresso Gold – ₼ valyutalı Debit qalığına illik faiz dərəcəsi 4%-dir, 100 ₼-dan 15 000 ₼-dək qalıq məbləğ üzrə hesablanır. Qiyməti 30 manatdır, 500 AZN /300 USD / 250 EUR / 250 GBP mədaxil etməklə Expresso Gold tam pulsuz əldə edə bilərlər.
Expresso Platinum – ₼ valyutalı Debit qalığına illik faiz dərəcəsi 5%-dir ,100 ₼-dan 20 000 ₼-dək qalıq məbləğ üzrə hesablanır. Qiyməti 50 manatdır, 1000 AZN /600 USD / 500 EUR / 500 GBP ilkin mədaxil etməklə isə Expresso Platinum kartını tam pulsuz şəkildə əldə etmək olar.
Nağdlaşdırma Expressbank ASC-nin ATM və filiallardan pulsuz, Ölkədaxili digər bankların ATM və ofislərindən 1.5% tutulur.
VTB BANK
Multivalyuta kartı VISA Classic, VISA Gold, VISA Platinum olur. Kart üzrə hesabdakı qalıq məbləğinə AZN-də 4.5% əlavə gəlir hesablanır. Visa Classic-in qiyməti 25 AZN, Visa GOLD-un qiyməti 70 AZN, Visa PLATINUM-un isə 100 AZN təşkil edir. Kartın müddəti 36 aydır.
Vahid bankomat şəbəkəsi vasitəsilə qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən əlavə komissiya tutulmur. Güzəştli şəbəkəyə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB bank, ölkə ərazisində isə YeloBank, Bank of Baku və AzərTurkBank daxildir.
Rabitəbank
Kartmane kartlarında (debet və kredit kartında) hesabda olan 100 AZN/USD yuxarı məbləğlərə əmanətlərdə olduğu kimi faiz hesablanır. Kartmane debitdə vəsait qalığına hesablanan faiz dərəcəsi 4%, dollar üçün 0.25% müəyyən olunub. Qalıq vəsaitinə faizin hesablanması avro kartlarında həyata keçirmir. Bu parametr üzrə digər limit hesablanmış faiz məbləğinin maksimal məbləğidir. Manat kartlarında qalıq vəsaitinə hesablanan faiz üzrə minimal məbləğ 100 AZN/USD, maksimal məbləğ 10 000 manat, dollar kartlarında isə 10 000$ təşkil edir.
Kartmane kredit kart sahibləri 100 günədək güzəşt müddətindən yararlana, məbləğin 100%-ni nağdlaşdıra bilərlər.
Kartın hazırlanması üzrə illik xidmət haqqı 10 AZN | 6 USD/EUR təşkil edir. Bakı və Sumqayıt şəhər filialları üzrə minimal 500 AZN/USD/EUR, rayon filiallarında 200 AZN/USD/EUR ilkin mədaxil etdikdə kart pulsuzdur. Onlayn sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), Bakı və Sumqayıt şəhər filialları üzrə ilkin olaraq Müştəri hesaba ən azı 500 AZN/USD/EUR, region filialları üzrə 200 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur. Kart sahibləri ölkə daxilində istənilən ATM-də ayda 5 dəfə pulsuz nağdlaşdırma həyata keçirə bilərlər.
Kartmane Premium debet kart – Visa Infinite / Mastercard Black) kart sahiblərinə vəsait qalığına hesablanan faiz dərəcəsi 6%, dollar üçün 0.25% müəyyən olunub. Qalıq vəsaitinə faizin hesablanması avro kartlarında həyata keçirilmir. Manat kartlarında qalıq vəsaitinə hesablanan faiz üzrə minimal məbləğ 100 AZN/USD, maksimal məbləğ 50 000 manat, dollar kartlarında isə 50 000 $ təşkil edir. Kart hesabına 15 000 AZN/USD/EUR minimal mədaxil etdikdə kart pulsuz verilir. Visa İnfinite 299 AZN/170 USD/EUR və ya aylıq 29 AZN, 15 USD/EUR; Mastercard Black 199 AZN/120USD/EUR və ya aylıq 19 AZN, 12USD/EUR. Kartmane hesabı açılan zaman, həmçinin “Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), ilkin olaraq Müştəri hesaba ən azı 15 000 AZN mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur. Kart sahibləri üçün ölkə daxilində istənilən ATM-də nağdlaşdırma ayda 5 dəfə, ölkəxarici istənilən ATM-də nağdlaşdırma il ərzində 1000 AZN, 500 USD/EUR pulsuzdur.
Kartmane Premium kredit kart (Visa Infinite / Mastercard Black) kart sahibləri də debet kart kimi eyni üstünlüklərə sahib olmaqla yanaşı, 100 günədək güzəşt müddətindən yararlana, məbləğin 100%-ni nağdlaşdıra bilərlər. Depozit gəliri isə 6%-dir. Hər kart üzrə faiz hesablanacaq minimal məbləğ 100 AZN/USD/EUR, maksimal məbləğ AZN Kartlarında – 50 000 AZN, USD Kartlarında – 50 000 USD-dir. Kart hesabına 15 000 AZN/USD/EUR minimal mədaxil etdikdə kart pulsuz verilir. Visa İnfinite 299 AZN/170 USD/EUR və ya aylıq 29 AZN, 15 USD/EUR, Mastercard Black 199 AZN/120USD/EUR və ya aylıq 19 AZN, 12USD/EUR. Kartmane hesabı açılan zaman, həmçinin “Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), ilkin olaraq Müştəri hesaba ən azı 15 000 AZN mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur. Nağdlaşdırma Rabitəbank Bankomat və POS-terminallarından Öz vəsaiti olanda ATM 0.5% min. 0.8 AZN/USD/EUR, POS 1% min. 0.80 AZN/USD/EUR; Ölkənin digər maliyyə-kredit təşkilatlarının ATM və POS-terminallarından Öz vəsaiti olanda ATM 0.5% min. 2 AZN/USD/EUR, POS 1,5% min. 5 AZN/USD/EUR-dur.
TuranBank
Universal Kartda balansda olan minimum 300 AZN/USD/EUR, maksimum 100 000 AZN/ USD/EUR məbləğə faiz hesablanır. Qalıq məbləğinə AZN-də 4%, USD-də 1%, EUR-da isə 0.5% təşkil edir.
Kartın qiyməti 1 illik 15 AZN, 2 illik 20 AZN, 3 illik 25 AZN-dir. Əgər hesaba min.100 AZN/USD/EUR mədaxil olunarsa, kart pulsuz əldə olunur. Bankın ATM və POS terminallarından nağdlaşdırma üzrə komissiya 0%-dir. Əgər Universal kart debet, əmanət faiz kartıdırsa digər yerli bankların ATM-lərindən nağdlaşdırma zamanı 1% – min.2.4 AZN / 3 USD / 3 EUR komissiya tutulur. Əgər Universal kart həm də əmək haqqı kartıdırsa digər yerli bankların ATM-lərindən nağdlaşdırma komissiyası hüquqi şəxslə bağlanmış əmək haqqı müqaviləsinin şərtlərindən asılı olaraq 0%, 0.1% yaxud 0.25% təşkil edir.
Unibank
Albalı debet kartı – 5 il müddəti olan bu kartı 10 AZN xidmət haqqı ödəyərək əldə etmək olar. Kartı pulsuz əldə etmək üçün 50 AZN mədaxil etmək kifayətdir.
Visa Platinium – kartın müddəti 5 il, qiyməti 60 AZN-dir.
Unimiles – 100 AZN qiyməti olan kartın müddəti 3 ildir.
Mastercard Black Edition – kartın müddəti 3 il, qiyməti 100 AZN-dir.
Mastercard World Elite – 2 illik karta sahib olmaq üçün 450 azn, 3 illik karta sahib olmaq üçün isə 600 AZN xidmət haqqı ödəmək lazımdır.
Qeyd olunan kartların hər birində Unibank ATM-lərində nağdlaşdırma komissiyası 0%-dir. Kart qalığı 100 AZN-dən AZN valyutalı kartlarda qalığa illik 3%, USD valyutalı kartlarda isə 0.1% hesablanır. Avro valyutalı kartlarda və kart qalığı 100 AZN-dən az olduğu hallarda isə qalığa faiz hesablanmır.
Leokart – Qalıq üzrə faiz 5% illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda gündəlik olaraq hesablanır. Debet qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği minimum 0.03 AZN olduqda növbəti ayın ilk günü kart hesabına köçürülür. Kart pulsuzdur, kartı əldə etmək üçün heç bir ödəniş tələb olunmur. Balansdan pul çıxardıqda Unibank-ın ATM-lərində komissiya çıxılmır, digər banklarda isə 0.5% komissiya tutulur.
Yelo Bank
Yelo Light – Balansdakı AZN valyutasında olan 5000 AZN-dək qalıq məbləğə illik 5%, USD valyutasında isə 0,1% gəlir hesablanır. Bu kartla aylıq ən azı 300 AZN və ya ekvivalentində xərcləyərək (onlayn və POS terminallarda alış-veriş əməliyyatları) kartdakı qalıq məbləğə daha yüksək faiz gəliri əldə etmək mümkündür. 1 illik kartın qiyməti 10 AZN, 3 illik kartın qiyməti isə 15 AZN təşkil edir.
Yelo Premium – Balansdakı AZN valyutasında olan 50 000 AZN-dək qalıq məbləğə illik 7%, USD valyutasında isə 0,2% gəlir hesablanır. Bu kartla aylıq ən azı 700 AZN və ya ekvivalentində xərcləyərək (onlayn və POS terminallarda alış-veriş əməliyyatları) kartdakı qalıq məbləğə daha yüksək faiz gəliri əldə etmək mümkündür. Kartın müddəti 3 il, qiyməti isə 70 AZN-dir.
Yelo Bankın kartlarından Yelo Bank və Bank VTB ATM-lərindən pul çıxarılarkən komissiya tutulmur. Nağdlaşdırma “Azərikard” şəbəkəsində olan bankların bankomat və ofislərində həyata keçirilərsə – Beynəlxalq Bank, Xalq Bank, Bank Avrasiya, BTB Bank : əmanət kartlarından 2% (min.2 AZN/USD/EUR), digər kartlardan isə 1.5% (min. 2 AZN/USD/EUR) komissiya haqqı tutulur.