Bir müddət əvvəl bank müştərisi olan şəxslərlə çox az rastlaşsaq da, bü gün kredit kartı və yaxud kredit borcu olan şəxs ilə qarşılaşmaq çox nadir hallarda baş verir. Bu gün isə isə bu artım daha çox diqqət mərkəzindədir. İstər əmanətlər yerləşdirənlər, istər kredit əldə edənlər, istərsə də plastik kart istifadəçilərinin sayı hər gün sürətlə artmaqdadır.
Son statistika onu göstərir ki, hazırda 5 094 417 şəxs bank müştərilərisidir. Nəzərə alsaq ki, ölkə əhalisinin sayı 9 611 700 nəfərdir. Bu isə o deməkdir ki, hazırda azərbaycanlıların 53%-i bank müştərisidir. Ötən ilin sonu ilə müqayisədə bank müştərilərinin sayında azalma müşahidə olunmasına baxmayaraq, son statistik məlumatlar bank müştırilərinin sayının artmasını göstərir.
Beləliklə, bir ay ərzində bank müştəriləri 32 035 nəfər artıb ki, bu da 1%-ə yaxın artım deməkdir. Bir ay ərzində cüzi artım olmasına baxmayaraq, son illər ərzində rəqəmlər daha çox böyüyüb. Bank müştəriləri 1 il ərzində 17%, son 5 il ərzində isə yəni 2010-cu il ilə müqayisədə 2 dəfə artıb.
Son illər ərzində bank müştərilərinin artım tempini aşağıdakı cədvəldə aydın şəkildə görə bilərsiniz.
Hazırda bank müştərilərindən 10 741 162 – i cari hesab, 3 048 363 –ü kredit hesabı, 406 217 – i isə depozit hesabıdır. Statistika göstərir ki, ölkə əhalisinin 32% -nin kredit borcu var və çox təəssüf olsun ki, bu faiz getdikcə böyüməkdədir.
Kredit hesabları son bir ay ərzində nə az nə çox 34% artıb. Həmçinin bir il ərzində cari hesablar 36%, depozit hesabıları isə 38% artıb.
Xatırladaq ki, hazırda ölkənin bir çox bankları kreditlərin verilməsini dayandırıb. Lakin ekspertlər güman edirlər ki, banklarda kreditləşmənin qısa müddətdə aktivləşməsi gözlənildiyinə görə, yaxın gələcəkdə, kredit hesablarında azalma müşahidə olunmur.