Müştərini düzgün şəkildə öz məhsulunuza necə cəlb edə bilərsiniz?
Müştərini özünə, öz məhsuluna necə cəlb etməyi bilməyən biznesmen, sahibkar və satış mütəxəssisləri adətən öz müştərilərini pis tanıyan insanlardır və əsas problem də məhz bundadır. Bu insanlar öz müştərilərini və onların tələblərini yaxşı bilmirlər. Nəticədə onlar müştərilərin ondan məhz nəyi istədiyini anlamırlar. Bu amil isə müştərinin işini daha yaxşı bilən rəqibinizə üz tutmanıza səbəb olur. Təbii olaraq müştəriyə məhz onun arzuladığı məhsulu təqdim etdikdə o sizi tərk edərək rəqinizə xeyir qazandırmayacaq.
Müştərini necə cəlb etmək olar? – sualı bir çox sahibkar, biznesmen və satış mütəxəssisini narahat edən sualdır. Xüsusən də əgər bu şəxslərin təcrübəsi azdırsa, yaxud marketinq təhsilinə sahib deyillərsə daha çox çətinliklə üzləşəcəklər.
Müştəri pul ödəyir və qarşılığında ona lazım olan məhsulu əldə etmək istəyir. Bu müştəri həmin pulu çox vaxt çətin yolla qazanan şəxs olur və bu səbəbdən də onları küləyə sovurmaq niyyətində deyil. Müştərini sizin kifayət qədər təcrübəyə sahib olmağınız, yaxud marketinq təhsilinə malik olmağınız maraqlandırmır. Onun pulu var və tələbatı olduğu məhsulu almaq istəyir. Əgər o istədiyini əldə edərsə etibar yaranır, yox əgər əldə edə bilməzsə üzrxahlıq dolu baxışlarınız sizi xilas etməyəcək, tələbatı ödəmək lazımdır. Bu zaman isə müştəridən incimək lazım deyil.
Bütün bu anlaşılmazlıqları bir kənara qoyaraq müştərini anlamaq üçün ilk növbədə müştərinin psixoloji portretini təyin etmək lazımdır. Siz müştərini narahat edən hər bir şeyi, hər bir ideyanı araşdırmalıdır. Unutmayın ki, sizin məhsulunuz bu ideyaları reallaşdıran əsas amillərdir. Əlinizdə sizə müraciət edən müştərinin psixoloji portreti olarsa müştərinizə nə lazım olduğunu anlamağa başlayacaqsınız.
Biznesə başladıqda atmalı olduğunuz ilk addım müştərinin psixoloji portretinin yaradılması olmalıdır. Bu portret vasitəsilə hazırda bazar müştərilərinin hansı məhsula tələbatlarının olduğunu araşdırmaqla işinizi ilk başdan sağlam təməl ilə qura bilərsiniz.