16 C
Baku
Saturday, April 27, 2024

Müştərinin cəlb edilməsi sistemi

Müştərinin cəlb edilməsi heç də asan olmayan və sürətli proses deyil, xüsusən də şirkət bazarda yenidirsə müştərinin cəlb edilməsi də bir o qədər çətindir. Dünyadakı müasir vəziyyətə görə demək olar ki, bütün sahələrdə müştəri çatışmazlığı müşahidə edilir.

Burada isə istisnanı yalnızca effektiv müştəri cəlb edilməsi sisteminə malik şirkətlər təşkil edir.

Müştərinin cəlb edilməsi sistemi müxtəlif konfiqurasiyalara sahib ola bilər. Təcrübənin sübut etdiyinə görə, bunun üçün ən effektiv sistem müştərinin psixoloji portretidir. Hüquqi şirkətdə müştərinin psixoloji portretini əldə etmək üçün heç deyilsə minimal marketinq həyata keçirmək lazımdır. Bu zaman hüquqi xidmətlərdən istifadə edən şəxsləri təyin etmək, onları nəyin maraqlandırdığını, hansı tələbatlarının olduğunu, hansı xidmətləri daha yüksək qiymətləndirdiyini və s.ni təyin etmək lazımdır.

Təbii olaraq burada formalaşmış və gizli tələbat mövcuddur. Formalaşmış tələbat əsas olaraq bütün hüquqi xidmət bazarı iştirakçılarının təklif edə biləcəyi standart hüquqi prosedurlardır. Bu səbəbdən də bu bazarda rəqabət yüksəkdir. Gizli tələbat dedikdə isə baş heç bir şirkətin həll edə bilməyəcəyi qeyri-standart problemlərin həlli nəzərdə tutulur. Məhz buna görə də bazarda bu problemlər illərdir mövcuddur  və müştəri bu problemin həlli üçün “yaxşı” məbləğ ödəməyə hazırdır. Bununla əlaqədar olaraq da bu istiqamətdən çox pul qazanmaq mümkündür. Geriyə qalan hansı istiqaməti seçməyinizdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər