®“PAŞA Həyat” tərəfindən Korporativ Həyat Sığortası üzrə sığortalanmış və xərçəng xəstəliyinin II mərhələsi diaqnozu qoyulmuş şəxsə kritik xəstəlik təminatına əsasən 50 000 AZN həcmində sığorta ödənişi edilmişdir.
Qeyd edək ki, şirkət tərəfindən korporativ həyat sığorta növü üzrə bugünədək 1 mln. 695 min manatdan artıq ödəniş həyata keçirilmişdir.
“PAŞA Həyat” şirkətinin təqdim etdiyi Korporativ Həyat Sığortası şirkət işçilərini xərçəng daxil olmaqla, kritik xəstəliklərdən və bədbəxt hadisələrdən qoruyan sığorta növüdür.