6 C
Baku
Monday, December 16, 2024

Müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt İNDEKSİ

Azərbaycan Mərkəzi Bankı “2024-cü ilin iyul ayı üzrә bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksi”ni açıqlayıb.

5r556

Kateqoriyaların izahı:

– yuxarı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn yuxarı olan)

– orta şikayәt indeksi

– aşağı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn aşağı olan)

Qeyd:

– Yuxarıda qeyd olunan kateqoriya üzrә göstәriclәr şikәyәt sayı vә müştәri bazasına görә aylıq әsasda dәyişә bilәr;

– Cәdvәldә yer almayan banklar üzrә ay әrzindә Mәrkәzi Banka şikayәt daxil olmamışdır.

Şikayәt indeksinin metodologiyası: Banklar üzrә şikayәt indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadә olunmuşdur:

Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/Müştərilər üzrə bazar payı

Şikayәtlәr üzrә bazar payı – Mәrkәzi Banka bir ay әrzindә daxil olan şifahi, yazılı vә vәtәndaş qәbulu üzrә şikayәtlәrin hәr bir bank üzrә sayının ümumi bank sektoru üzrә olan şikayәtlәrin sayına nisbәtidir. Tәkrar şikayәt, elәcә dә kredit üzrә güzәştlәrin verilmәsi, kredit istәnilmәsi vә Mәrkәzi Bankın sәlahiyyәtlәrinә aid olmayan digәr mövzularla bağlı şikayәtlәr hesablamadan istisna olunmuşdur.

Müştәrilәr üzrә bazar payı – cari hesab qalığı 100 manat vә yuxarı olan, habelә son üç ayda әn azı bir әmәliyyat aparmış bank müştәrilәrinin hәr bir bank üzrә olan sayının ümumi bank sektoru üzrә olan sayına nisbәtidir.

Şikayәt indeksinin izahı: İndeks hәr-hansı bank tәrәfindәn göstәrilәn maliyyә xidmәtlәrinin hәcmi vә әhatә dairәsi nәzәrә alınmaqla, hәmin bankın müştәri xidmәtlәri ilә bağlı Mәrkәzi Banka daxil olan şikayәtlәrin proporsionallığı prinsipi әsasında hesablanmışdır.

Son xəbərlər
Digər xəbərlər