Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Azərbaycana səfərə gələcək.
Banker.az xəbər verir ki, o, sabah ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edəcək.
Tədbirdə habelə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Milli Məclisin sədri Sahibə Qafarova və digər şəxslər iştirak edəcək.