9 C
Baku
Friday, December 13, 2024

Mustafa Şentop Ermənistanın Naxçıvana və Gəncəyə hücumundan danışdı

“Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağını düşünmürəm”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

M.Şentopun sözlərinə görə, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın:

“Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllı ölkələrdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.

Mustafa Şentop bildirib ki, Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir.

“Vaxt gələcək, Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər