21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.

“Anadolu” İnformasiya Agentliyinə istinadla məlumata görə, M. Şentop Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.
İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.

M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər