30 C
Baku
Monday, July 14, 2025

Mütəxəssislər 2020-ci ildə qlobal iqtisadi artım tempinin yavaşlayacağını proqnoz edirlər

Mütəxəssislərin fikrincə, 2020-ci ildə dünya iqtisadiyyatı XXI əsrin orta göstəricilərindən 3,4% yavaş inkişaf edəcəkdir.

Banker.az xəbər verir ki, dünya ticarətində artımın yavaşlaması və davam edən gərginlik fonunda “qlobal tədarük zəncirləri və dünya miqyasında iqtisadi inteqrasiya üçün çətinliklər” gözlənilir. Ekspertlər “nikbinlik mənbəyi” kimi xidmət sektorunu göstərirlər: ABŞ və Böyük Britaniyanın liderlik etdiyi bu sahədə 2020-ci ildə xidmət ixracı 7 trilyon dollara çatacaq.

“İqtisadi artımda qlobal yavaşlama var ki, bu da davamlı, lakin orta göstəricilərdən aşağı olan inteqrasiya və iqtisadi inkişaf ilə xarakterizə olunur”, – deyə PwC iqtisadçısı Barret Kupelyan izah edir.

PwC həmçinin “qeyri-bərabər paylama” ilə iş yerlərinin artacağını proqnozlaşdırır. G7 ölkələrində iş yerlərinin sayı 2 milyon artacaq, Beynəlxalq Əmək Təşkilatının (BMT-nin strukturu) proqnozlarına görə isə iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə əlavə 8 milyon vakansiya açılacaq.

Ekspertlər 2020-ci ildə dünya əhalisinin 7,7 milyard təşkil edəcəyini bildiriblər və bu, ötən onilliyin əvvəlindəki dövr ilə müqayisədə 10% çoxdur. Proqnozlara görə kəskin artım Çin, Hindistan və Afrika ölkələrində gözlənilir.

Beynəlxalq Valyuta Fondu 2019-cu ildə iqtisadi artımın 3% təşkil edəcəyini proqnozlaşdırmışdır – bu, 2008-2009-cu il böhranından sonra ən pis göstəricidir.

Son xəbərlər
Digər xəbərlər