VAKANSİYA 1: İT Mütəxəssis
Şöbə: Texniki
Vəzifə öhdəlikləri:
– İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
– İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
– Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
– Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;
– Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ;
– Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
– Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
– Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını, təmin etmək;
– Baş ofis və filiallarda yerləşən texniki vasitələrin, və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
– Baş ofis və filialların işçilərinə iş prosesində müvafiq ofis proqramlarından və RS bank proqramından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər
keçmək;
– Regionlardakı ofislərə səfər edib proqramla bağlı problemləri müəyyən etmək və işçilərə proqramda düzgün işləmək üçün təlim vermək;
Vəzifəyə olan tələblər:
– Ali təhsil (İT üzrə olması arzu olunandır)
– Qeyd olunan sahədə ən azı 3 (üç) il iş təcrübəsi;
– Yaş həddi 23-40
– Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilmək arzu olunandır);
– Windows 2003 server və Windows 2008 server əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklərə sahib olmalı;
– VLAN, VPN, DNS, Active Directory, Terminal Services, İSA server, Mail server üzrə nəzəri və praktiki bilikləri olmalı;
– Şirkətdə printer, kamera və telefonların daimi işlək olmasını nəzarətdə saxlamaq;
– Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
– Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı ;
– Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;
Cins: Kişi
Maaş: Namizədə uyğun olaraq razılaşma ilə
İş qrafiki: 6 Günlük
Digər şərtlər: Şirkət hesabına nahar təmin olunur.
E-mail: [email protected]
VAKANSİYA 2: Mühasib
Şöbə: Mühasibatlıq
Vəzifə öhdəlikləri
• ə/h hesablanması;
• gündəlik xərclərin hesabatı;
• məhsulların maya dəyərinin hesablanması;
• restoran və kafelərdən gündəlik qalıq çıxarılması
• gündəlik satış və kassa nəticələrinin müqayisəli hesabatının hazırlanması;
• maddi dəyərlilərin inventarizasiyası;
• inkassasiya əməliyyatlarının həyata keçirilməsi;
Vəzifəyə olan tələblər:
• 3 ildən artıq mühasibatlıq sahəsində iş təcrübəsi;
• Store keeper proqramında iş təcrübəsi;
• Word, exell proqramlarında inamlı işləmək bacarığı;
• E-mail yazışma;
• Azərbaycan və rus dillərində sərbəst danışmalı.
Cins: Qadın
Maaş: Namizədə uyğun olaraq razılaşma ilə
İş qrafiki: 6 Günlük
Digər şərtlər: Şirkət hesabına nahar təmin olunur.
E-mail: [email protected]