8 C
Baku
Friday, March 29, 2024

“Müvəffəqiyyət axtarmayın, o özü gələcək”: Dünyanın ən yaxşı Baş icraçı direktorunun qaydaları

Inditex-in rəhbəri Pablo Isla karyera haqqında nələr deyir? Qeyd edək ki, Pablo Isla dünyanın ən effektiv idarəçilərindən biri sayılır. 

Inditex-in (Zara, Bershka, Massimo Dutti və digər brendlər) rəhbəri olan Pablo Isla, Harvard Business Review nəşrinin qiymətləndirmələrinə görə, dünyanın ən yaxşı icraçı direktorları sırasında birinci yeri tutur. Inditex şirkətinin özü isə artıq 13 ildir ki təsis edilib və Forbes jurnalının reytinqinin daimi iştirakçısıdır. Şirkətin bazar kapitallaşması 99,5 milyard dollar təşkil edir. 

Şirkət haqqında

Siz görəcəksiniz ki, mənim bütün həyatım Inditex-də keçib. 

Şirkətimizin strukturunu müstəvi kimi təsvir etmək olar, bizdə hər kəs özü qərar vermək ixtiyarına malikdir – təbii ki, müzakirədən sonra. 

 Biz komanda işi üzərində vurğu edirik, bizim bütün əməkdaşlarımız bir-birinə bərabərdirlər. 

Bizim biznes modelimiz ənənəvi modelə ziddir. 

Adətən böyük şirkətlər texnologiyalara sərmayə edirlər, bu halda onun imkanları artır. 

Əlbəttə ki, heç bir biznes model mükəmməl ola bilməz, Inditex-də istisna deyil. 

Təsisçinin və direktorlar şurasının tam dəstəyi, gələcək üçün planlar qurmaq və qısa müddətli mənfəətin arxasınca qaçmağa deyil, biznesə sərmayə qoymağa imkan verir.

Inditex-in baş icraçı direktoru- təsəvvür edə biləcəyiniz ən möhtəşəm bir şeydir. 

Hər gün Inditex yaxşılaşdırmalı olan bir çox şeylərlə üzləşir. Bu, bizi hərəkət etməyə sövq edir. 

Şirkətdə 150 -dən çox millətdən ibarət işçi heyəti çalışır. Bu, idarə və şirkət daxilində qərar qəbul etmək üçün böyük bir sərvətdir. 

Dəb haqqında

Dəb daim dəyişir. İnsanlar dəbdən çox asılıdırlar, bu daha çox sosial şəbəkələr, internet ilə əlaqəlidir. 

Dəb günü-gündən qloballaşır: bu gün hər bir kəsin dünyada baş verən hadisələrdən xəbəri var. 

Bizim hər hansısa müvəffəqiyyət sirrimiz yoxdur. Biz sadəcə mövsümə uyğunlaşırıq və nəticədə, dəb təklif edirik. Burada insan faktoru böyük rol oynayır. 

Biz ilk olaraq müştərinin zövqünü başa düşməyə çalışırıq, sonra isə yeni kolleksiya buraxırıq. 

Hər mövsümdə kolleksiya sıfırdan təşkil edilir. Bizim korporativ mədəniyyətimiz yaradıcılığa və riskli həllərə yönəlib. 

Prinsiplər haqqında

Xoşbəxtlik, müvəffəqiyyət kimi, özü gələcək. Onu axtarmaq lazım deyil. 

Hər şeyi yüksək səviyyədə edin, üzləşəcəyiniz çətinliklərdən şikayətlənməyin.  

Əməkdaşlarınız şirkətin əsas aktividir, onlara hörmət edin. 

Siz inkişaf etməlisiniz və təkrarlanmaya yol verməməlisiniz. 

Sahibkarlıq ruhunuzu qidalandırın. Təsəvvür edin ki, o sizin ilk biznesinizdir.

Böyük şirkət olsaq da, biz hələ də bütün xırdalıqlara diqqət edirik.

İspaniyanın 1986-cı ildə Avropa İttifaqında daxil olması, ispan iqtisadiyyatının tarixində baş verən ən gözəl hadisələrdən biri olmuşdur.

Kitabları, esseni və belletristikanı çox sevirəm. 






Son xəbərlər
Digər xəbərlər