12 C
Baku
Monday, November 25, 2024

Müvəffəqiyyətli insanlar necə istirahət edirlər? – “5 saat qaydası”

Dünyanın ən uğurlu insanları gündə bir saat kitab oxumağa və yeni bilik öyrənməyə sərf edirlər.

Yorğun iş günündən sonra mənzilinizin qapısını açıb içəri girirsiniz. Özünüzü yorğun hiss edirsiniz, acsınız və heç olmasa bir dəqiqə olsun rahat nəfəs almaq istəyirsiniz. Tələsə-tələsə nə isə yeyib televizorun qarşısında uzanırsınız. Və bir də görürsünüz ki, artıq beş saatdır müxtəlif seriallara və şoulara baxırsınız.

Düzdür, bəzən bu davranış düzgün ola bilər, çünki hər birimizin istirahətə ehtiyacı var. Buna baxmayaraq, televizor faydalı istirahət növü deyil və bu səbəbdən uğurlu insanlar boş vaxtını kitab oxumağa və ya yeni bilik əldə etməyə sərf edirlər.

Yəqin ki, bu fakt heç birimiz üçün sirr deyil. Sərvətini öz gücü hesabına qazanmış 200 milyonçu arasında tədqiqat keçirilmişdir. Məlum oldu ki, zəngin insanlar ümumiyyətlə televizora baxmırlar. Milyonçuların 86%-i kitab oxumağa, 63%-i isə işə gedərkən audio kitablar dinləməyə üstünlük verdiyini bildirib.

Məhsuldarlıq mütəxəssisi olan Chauncey Maddox yazır: “Uğurlu insanların nə oxuduqları heç kim üçün sirr deyil. Deyirlər ki, orta statistik milyonçu ayda iki və ya daha çox kitab oxuyur”. Buna əsaslanaraq, o bizə “bloglar, xəbər saytları, elmi və bədii əsərləri oxumağı” tövsiyə edir. Əgər tez-tez yolda olursunuzsa, audio kitablar dinləyə bilərsiniz.

Bəlkə də düşünürsünüz: kimin kitab oxumağa vaxtı var ki? Adətən insanlar bütün vaxtlarını işə və ailəyə sərf edirlər. Sizə onu deyim ki, hətta Barak Obama belə prezident ola-ola kitab oxumağa vaxt tapırdı.

Əslində, Barak Obama uğurunu kitablara bağlayan yeganə lider deyil. Bill Gates, Warren Buffet, Oprah Winfrey, Elon Musk, Jack Ma və Mark Cuban – onların hər biri kitab oxumağı sevir.

Sizcə, dünyanın zənginləri bunu necə bacarırlar? Çox sadə – onlar “5 saat” qaydasından istifadə edirlər.

“Beş saat qaydası” nədir

“Beş saat qaydası” Empact şirkətinin qurucusu olan Michael Simmonds tərəfindən işlənib hazırlanmışdır. Konsepsiya təəccüblü dərəcədə sadədir: uğurlu insanlar nə qədər məşğul olsalar da, hər gün ən azı bir saat (və ya həftədə beş saat) kitab oxumağa sərf edirlər.

Simmonds bu fenomeni Ben Franklin-in həyatında da görə bilmişdir: o, bu günki kitab klublarına bənzər sənətkarlar və tacirlər üçün bir klub yaratmışdır; onlar bir araya yığışaraq müxtəlif mövzular ətrafında müzakirələr aparırdılar.

“Beş saat qaydası” nın üç ünsürü

Müasir dövrdə uğurlu insanlar “beş saat qaydası” nı əsas üç hissəyə bölürlər.

Əgər gün ərzində kitab oxumağa bir saat ayıra bilmirsinizsə, 20-30 dəqiqədən başlayın. Eyni zamanda, tez-tez yolda olursunuzsa, vaxtınıza qənaət etmək üçün audio kitablardan istifadə edə bilərsiniz.

Düşünün: “beş saat qaydası” na həmçinin düşünmə və refleksiya daxildir. Siz sadəcə divara baxa və ya fikirlərinizi qeyd edə bilərsiniz. Məsələn, Spanx şirkətinin qurucusu olan Sara Blakey uzun müddətdir ki, bu qaydanı tətbiq edir.

Konsentrasiya bizə əvvəlki səhvlərdən nəticə çıxarmağa kömək edir. Nəticədə siz hədəflərinizə çatmağa və həyatınızı yaxşılaşdırmağa daha düşünülmüş şəkildə yanaşacaqsınız. Texas Universitetinin 2014-cü ildə keçirdiyi araşdırma. Zehni istirahət və refleksiyanın öyrənmə qabiliyyətini yaxşılaşdırdığını sübut edə bilmişdir.

Başlaya bilmirsiniz? Refleksiya üçün vaxt ayırıb, qrafikinizi planlayın. Ən ideal variant – nahardan sonra 15-20 dəqiqə. Lakin özünüzü çox yükləməmək üçün azdan başlaya bilərsiniz (5-10 dəqiqə) və tədricən artırarsınız.

Özünüzə verəcəyiniz sualları müəyyənləşdirin. Çalışın bu sualların sayı iki və ya üçdən çox olmasın. Məsələn, əgər konfransdan çıxmısınızsa, özünüzdən soruşun: “Hansı nəticələr çıxara bilərəm?” və ya “Bu nəticələri biznesimdə necə tətbiq edə bilərəm?”.

Eksperiment aparın: üçüncü və son element təcrübədir. Ben Franklin və Tomas Edison təcrübə sayəsində aparıcı ixtiraçı və mütəfəkkir oldular. Əgər Google işçilərinə təcrübə keçirmək imkanını verməsəydi, Gmail yaranmazdır.

Təcrübələr biz nəyin işlədiyini və nəyin işləmədiyini göstərirlər. Siz səhvlərinizdən nəticə çıxara, başqalarının fikirlərini öyrənə bilərsiniz. Və ən əsası – təcrübələr çox vaxt almır.

Jack Ma daha irəli gedir və əldə edilmiş bilikləri real həyatda tətbiq etməyi tövsiyə edir. Məsələn, əməkdaşlıq və komanda işi haqqında bir kitab oxumusunuzsa, bu bilikləri həyatda sınamaq üçün hansısa layihədə könülü kimi iştirak edə bilərsiniz.

Öyrənməyi vərdiş halına gətirdiyiniz zaman həyatınızın müxtəlif sahələrində daha uğurlu və məhsuldar olma ehtimalı yüksəkdir. Kitab oxumaq vərdişinə investisiya qoyaraq, sizin və şirkətinizin hər gün böyüyəcəyinə əmin ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər