Amrahbank ASC Müxbir ələqələr və klirinq şöbəsinin Baş və aparıcı mütəxəssisi vəzifəsinə elan edir:
Vəzifə öhdəlikləri:
- Bankın müxbir hesabları üzrə əməliyyatları aparmaq.
- Ödəniş sistemləri (AZIPS, XÖHKS, SWİFT, KÖMİS) sistemi vasitəsi ilə hesablaşmaları düzgün və vaxtında aparmaq.
- Daxil olmuş köçürmələrdə uyğunsuzluq olduqda araşdırmaq.
- Köçürmələrlə bağlı sorğuları cavablandırmaq.
- Təcili pul köçürmələri sistemləri üzrə filiallarda aparılmış əməliyyatlar üzrə hesablaşmaları düzgün aparmaq.
- Yeni müxbir hesabların açılmasında iştirak etmək.
- Yeni təcili pul köçürmələri sistemlərinə qoşulma prosesində iştirak etmək.
- Şöbə Rəisinin həvalə etdiyi digər tapşırıqları icra etmək.
Əsas tələblər:
- Ali təhsil ( riyaziyyət və iqtisadi arzuolunandır)
- ən azı 2 il bank və ya oxşar kredit institutunda iş təcrubəsi
- ödəniş sistemləri (AZIPS, XÖHKS, SWİFT) ilə işləmək bacarığı
- əmlak üzrə heç bir inzibati və cinayət məsuliyyətinin olmaması
- Ofis proqramlarını (xüsusəndə excell) bilmək
- Ünsiyyətçilik, təşəbbüskarlıq
- Komandada işləmək qabiliyyəti
- İşdə dəqiqlik, məsuliyyət
Maraqlı olan şəxslərin CV-ni [email protected] ünvanına göndərməyi xahiş olunur (xahiş olunur CV-də müraciət olunan vakansiyanın adı qeyd olunsun)