10 C
Baku
Wednesday, December 11, 2024

Müxtəlif ölkələrdə jestlərin mənası (şəkillərlə)

Artıq bir çoxları məzuniyyət səbəbi ilə xarici ölkələrə üz tutub. Bu zaman hər kəs ilk öncə yay qarderobunu qaydaya salmağa, lazımi lüğəti tapmağa və ziyarət edəcəkləri ən gözəl yerləri seçməyə tələsirlər. Lakin unutmayın ki, getdiyiniz ölkənin dilini bilməsəniz belə jestlərlə ünsiyyət qura bilərsiniz. Burada isə vacib olan hansı ölkədə hansı jestdən istifadə etməməli olduğunuzdur. 

Beləliklə, jestlər hansı ölkələrdə hansı mənaları ifadə edirlər?

 “Mənə yaxınlaş” mənasını ifadə edən barmaqlar Asiya ölkələrində tabu hesab edilir.  Filippində isə bu işarə yalnızca itlərə aid edilir. Bu işarəni qarşınızdakı insana qarşı işlətsəniz bu onun sizdən aşağı səviyyədə olmasını bildirəcək. Bundan əlavə, bu jestin Filippində istifadə edilməsi həbsə belə səbəb ola bilər.

1

 Hamımıza yaxşı tanış olan razılıq və bəyənmə işarəsi olan  “Like” bir çox dil səddlərini aşmağa və autostop-la səyahət edən turistlərə kömək edir.

Lakin Taylandda bu qınama işarəsidir. İranda isə bu təhqiredici jestdir və “middle finger”-ə bərabərdir. Bəzi digər ölkələrdə, məsələn, Yunanıstanda bu jest “səsini kəs” mənasında işlədilir.

2

“Keçi buynuzu” işarəsini rok musiqiçiləri, mettallistlər və onların pərəstişkarları sevir. Lakin bu işarəni İtaliya, İspaniya və Makedoniyada, xüsusilə də kişi cinsinə mənsub olan şəxslərə göstərmək məsləhət deyil. Belə ki, bu ölkələrdə bu işarə jestin ünvanlandığı şəxsin həyat yoldaşının ona xəyanət etdiyinə işarədir.

 3

Dayanmaq və yaxud susmaq məqsədilə yuxarıya doğru qaldırılmış ovuc Yunanıstanda tamamilə başqa mənaya sahibdir. Burada qarşınızdakı insana bu jesti göstərməklə təhqir etmiş olursunuz.

 4

Əlin şəhadət və orta barmağı ilə göstərilən  “V” şəkilli jest bir çox ölkələrdə qələbə və sülh simvoludur.  Lakin bu jesti göstərərkən ovuc qarşınızdakı insana doğrudursa bu Böyük Britaniya, İrlandiya və Avstraliyada təhqiredici jestə çevrilir və “rədd ol” ekvivalenti kimi işlənir.

Məsələ ondadır ki, 100 illik İngiltərə-Fransa müharibəsi zamanı ingilis oxçuların məhz bu iki barmağı kəsilirdi ki, onlar bir daha ox ata bilməsinlər. Və oxçular salamaq olan bu iki barmağını göstərirdisə bu “qorxun məndən, düşmənlər!” mənasını ifadə edirdi. Bu səbəbdən fransızlar bu jesti özlərinə qarşı ünvanlanmış təhqir kimi başa düşürlər.

5

Son xəbərlər
Digər xəbərlər