Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı brifinq keçirib.
• “Söyüdlüdə hava monitorinqində təhlükəli maddələrin normadan artıq olmadığı üzə çıxıb”.
• “Gədəbəy çayında və digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb”.
• “Söyüdlüdə xəstələnmə hallarının tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib”.
• Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb.
• İyulun sonunda beynəlxalq şirkətin Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması gözlənilir.
• Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü dəyişəcək.
• Sabah Söyüdlü ilə bağlı Komissiyanın iclası keçiriləcək.