13 C
Baku
Friday, November 22, 2024

Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

Bu barədə COP28-in sosial şəbəkədəki hesabında bildirilib.

“Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,5°C-nin əlçatan olması üçün COP29 və COP30, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının prezidentləri ilə işləməyi səbirsizliklə gözləyirik”, – məlumatda deyilir.

Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər