Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin adı məlum olub.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yeni siyahısında deyilir.
Məlumata görə bu vəzifəyə Muxtar Bahadur oğlu Babayev təyin edilib.
Qeyd edək ki, o, Heseynqulu Bağırovu əvəz edib.
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.