3 C
Baku
Saturday, December 14, 2024

Myanma dünyanın ən böyük opium istehsalçısına çevrilib

Myanma 2023-cü ildə 1 milyon tondan çox opium (tiryək) istehsal edib və dünyanın ən böyük istehsalçısı olub, bu barədə “The Guardian” BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) yeni hesabatına istinadən yazır. Ötən il bu ölkədə tiryək istehsalı 790 ton təşkil edib.

Myanmada narkotik bazarının təxmini dəyəri 1-2.4 milyard dollara qədər artıb, “The Guardian” aydınlaşdırır. Bu məbləğ ölkənin ÜDM-nin təxminən 1.7-4.1%-nə bərabərdir.

BMT-nin əvvəlki hesabatlarında birinci olan Əfqanıstan ikinci yeri tutub. UNODC-nin izah etdiyi kimi, bu, digər məsələlərlə yanaşı, Talibanın ölkədə narkotik ticarətinə nəzarəti ələ keçirməyə cəhd etməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər