11 C
Baku
Friday, October 25, 2024

Myanmadakı bütün banklar müvəqqəti olaraq bağlanır

Myanmanın Banklar Assosiasiyası ölkədəki siyasi vəziyyətin səbəb olduğu zəif internet bağlantısı ilə əlaqədar olaraq, bütün bankların müvəqqəti olaraq bağlandığını açıqlayıb.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, banklar fəaliyyətlərini müvəqqəti dayandırmaq üçün Mərkəzi Bankdan icazə tələb edəcəklər.

Xatırladaq ki, bazar ertəsi günü Myanmada bir il müddətinə hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin tətbiqinə dair bəyanat ölkənin vitse-prezidenti Myin Sve tərəfindən imzalanıb. Eyni zamanda, hakimiyyət silahlı qüvvələrin baş komandanı general Min Aun Hlainin əlinə verilib.

Fövqəladə vəziyyət yeni keçirilmiş parlament seçkilərində saxtakarlığın olması səbəbindən elan edilib.

Son xəbərlər
Digər xəbərlər