27 C
Baku
Tuesday, July 23, 2024

Nə baş verib ki, neft bahalaşır?

Dünən neft qiymətləri ABŞ-ın xam neft ehtiyatlarının gözlənilməz, böyük həcmdə azalmasından və Səudiyyə Krallığının energetika nazirinin OPEC+ hasilatının daha da azaldılması perspektivini artıran xəbərdarlığından sonra 2% artdı.

Banker.az xəbər verir ki, Brent markalı neftin iyul fyuçersləri 1.52 dollar və ya 2% artaraq 78.36 dollar/barelə bərabər olub. ABŞ-ın Qərbi Texas nefti (WTI) 1.43 dollar və ya 2% artaraq 74.34 dollar oldu. Hazırda Brent 78.33 dollar/barel, WTI 74.21 dollar/barel səviyyəsində ticarətini davam etdirir.

ABŞ-ın xam neft ehtiyatları, idxalın azalması ilə əlaqədar olaraq həftəlik 12.5 milyon barel azalaraq 455.2 milyon barelə qədər kütləvi şəkildə azalıb. Analitiklər 800 min barel artım gözləyirdilər.

ABŞ-ın benzin ehtiyatları həftə ərzində 2.1 milyon barel azalaraq 216.3 milyon barelə, distillə ehtiyatları isə 600 min barrel azalaraq 105.7 milyon barelə düşüb.

Mayın 29-da ABŞ-da Anım Günü tətilində pik yay səyahət mövsümünün başlanğıcını və yanacağa daha yüksək tələbat yarada bilər.

Brent neftinin fyuçers qiymət:

456

İndi neft qiymətləri üçün əsas drayverlərdən biri də ABŞ FED-nin növbəti iclaslarda hansı qərarı verəcəyidir. Lakin ilkin siqnallar bunu deməyə əsas verir ki, FED artıq pauzaya gedəcə, bu dünən çıxan protokollardan da bunu təxmin etməyi əsas verir. İkinci bir məsələ, tənzimləyici inflyasiyanı çərçivəyə qaytarmaq üçün yüksəltdiyi faizləri nə vaxta qədər saxlaya biləcəyidir. Hazırda 5% üzərində uçot faizi özü də yüksək göstəricidir.

Bu arada Səudiyyə Ərəbistanının energetika naziri deyib ki, neft qiymətlərinin enişi üçün qısa mövqedə dayanan spekulyatları ağrıdan “diqqətli olmalıdırlar”, deyib. Bu nə deməkdir? Böyük investorlar və hedc fondlar nefin qiymətinin fundamental əsası olmadan onun ucuzlaşmasına mərc qoyurlar və bu da nefin bazarın real tələb və təklifinə uyğun olmayaraq qiymətləri endirməli olur.

Bəzi investorlar nazirin bu ritorikasını iyulun 4-dəki iclasda OPEC və Rusiya və eləcə də Azərbaycan da daxil olmaqla müttəfiqlərinin hasilatın daha da azaldılmasını nəzərdən keçirə biləcəyinə işarə kimi qəbul etdikləri. İnvestorlar bunu çox yaxın tarixdə artıq yaşayıblar. Martın son həftəsinin son günündə gözlənilmədən könüllü hasilatı azaldacağını deməsi qısa mövqedə dayananlar üçün böyük ağrı ilə nəticələndi.

Daha geniş bazarları nəzərə alsaq, federal hökumətin borclanma limitini və ya defolt riskin yüksəlir. ABŞ-ın borc tavanı danışıqlarında irəliləyiş əlaməti yox idi. Dünən Banker.az olaraq buna uzun bir izah verdik.

Co Bayden və respublikaçı MakKarti bunu yenidən müzakirə etmək üçün Ağ Evə toplalaşacaqlar.

Son xəbərlər
Digər xəbərlər