24 C
Baku
Wednesday, August 17, 2022

Nəcməddin Sadıkov qəza törədib və cərimələnib

Azərbaycan müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, fevralın 7-də 90-AS-020 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib:

“İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi üzrə onun barəsində protokol tərtib olunub. Hadisə qanunvericiliyin tələbələrinə uyğun olaraq sənədləşdirilib. Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib”.

Son xəbərlər
Oxşar xəbərlər