Nəhəng neft şirkəti İran bazarını tərk etdi

Fransanın “Total” neft şirkəti rəsmi olaraq İran bazarını tərk edib.

Xarici KİV-ə istinadən, bu barədə İranın neft naziri Bijan Namdar Zəngane məlumat verib.

“Total” “Cənub Pars” yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb”, – nazir bildirib.

B.N.Zəngane deyib ki, hazırda İran “Total”ı əvəzləyəcək şirkət axtarır.

Qeyd edək ki, “Total” mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) “Total”ın “Cənub Pars”dakı aktivlərini almaq istədiyini bildirib.

©Report