Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi zərər açıqladı

2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin gəlirləri 65 milyon 598 min manat olub ki, bu da ötən illə müqayisədə 1.4% artım deməkdir.

Banker.az bu barədə nazirliyin maliyyə hesabatına istinadən xəbər verir.

Nazirliyin cari ildə qeyri-birja əməliyyatından gəliri 61 milyon 361 min manat, birja əməliyyatlarından gəliri 4 milyon 237 min manat təşkil edib.

Həmçinin hesabat dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 5 milyon 691 min manat, maliyyə yardımları və sair transfer xərcləri 59 milyon 440 min manat, sərf edilmiş materialların dəyəri 72 min 792 manat, amortizasiya xərcləri 104 min 878 manat və sair əməliyyat xərcləri isə 376 min 212 manat təşkil edib.

Nazirliyin bu il cəmi xərcləri 65 milyon 685 min manat olub ki, bu da illik müqayisədə 2.7% artım deməkdir.

Onu da qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2020-ci ili 87 min 127 manat zərərlə başa vurub. 2019-cu ildə isə nazirlik 790 min manat mənfəət əldə etmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.