26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.

Nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.

S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev bir neçə gün öncə nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

Məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus “AzInTelekom” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.

Bundan başqa, Nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib. R.Quluzadənin hər iki köməkçisini özünün yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) müxtəlif vəzifələrə apardığı deyilir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər