Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.

Banker.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının 15 nəfərdən ibarət aşağıdakı yeni tərkibi təsdiq edilib.

Kollegiyanın sədri:

  • Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri

  • Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
  • Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
  • Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin rəisi
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru.