Nərə balıqlarının kommersiya ovuna qadağa müddətinin uzadılması təklif edilir

“Azərbaycanda nərə balığı ehtiyatlarının artırılması ilə bağlı araşdırmalar aparılır”.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov məlumat verib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

“1953-cü ildə Mingəçevir su elektrik stansiyasının inşası ilə Kür çayı üzərində bəndin tikilməsindən sonra nərə balıqlarının, qızılbalığının və digər vətəgə əhəmiyyətli balıq növlərinin kürü tökmə yerlərinə keçməsinin qarşısı alındı. Bununla bağlı keçmiş əsrin ortalarında təbiətə dəyən ziyanın kompensasiyası məqsədi ilə Azərbaycanda nərə balıqartırma zavodları tikilib. Onlardan regionda ən irisi Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təkcə ötən il 342 min uzunburun və nərə körpə balıqları artırıb təbii mühitə buraxılıb. Məqsədimiz təbiətdə nərə balıqlarının təbii populyasiyasının qorunması və ehtiyatının bərpasını təmin etməkdir”, – deyə o, qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq balıqartırma sahəsi özəl sektoru da maraqlandırır: “Sahibkarlar da bu istiqamətdə gücünü artırır. Nərə cinsli balıqların ətini, kürüsünü istehsal edən özəl şirkətlərin sayı ilbəil artır. Yaxın illərdə onların istehsalı da artacaq.

M.Axundov qeyd edib ki, nərə cinsli balıqların dənizdə, Kür çayında təbii mühitdə kommersiya ovuna qadağa qoyulub: “Xəzəryanı ölkələr 2011-ci ildən başlayaraq nərə cinsli balıqların ovlanması ilə bağlı monitorinq tətbiq edilir. Çünki nərə cinsli balıqların ehtiyatı son 15 ildə kəskin azalıb. 2011-ci ildən başlayaraq “Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya”nın İranda keçirilmiş növbəti sessiyasında da beş Xəzəryanı ölkələri nərə balıq növlərinin kommersiya ovunun 2020-ci ildə də qadağan edilməsi vaxtının 1 il uzadılması barədə qərar qəbul etmişdilər. Hər il keçirilən Komissiyanın sessiyalarında nərə balıq növlərinin kommersiya ovuna tətbiq olunmuş moratorium hər dəfə bir ilə artırılır. Xəzəryanı ölkələrin növbəti sessiyasında birgə aparılan elmi tədqiqatlar əsasında bu moratoriumun müddətinin 5 yaxud 10 il uzadılması ilə bağlı qərar qəbul ediləcək”. Məqsəd təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir. Təəssüf ki, brakonyerlik hallarına hələ də rast gəlinir, körpə nərə balıqları tutulur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaranır. Brakonyerlərə səslənirik ki, faunamıza düşmən münasibət bəsləməsinlər, nərə balıqlarının ovlanmasına son qoysunlar”.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları