1 C
Baku
Cümə, Yanvar 21, 2022

Nərimanov rayon məhkəməsi “AGBank”ın iddiasını təmin edib (R)

Azərbaycanın aparıcı banklarından “AGBank” ASC mətbuatda Banka qarşı şər və böhtanlarla çıxış edənkeçmiş xüsusi xidmət zabiti Tofiq Rəcəbova qarşı məhkəmə prosesini udub. Nərimanov rayon məhkəməsində hakim Kəmalə Əmırxanovanın sədrliyi ilə  keçirilən prosesdə “AGBank” qarşı tərəfin təkzib verməsinə və təzminat ödəməsinə nail olub. Məhkəmə bankın iddiasını təmin edərək, “www.müsavat. com” saytı vasitəsilə dərc olunan 6 yanvar 2016-cı il tarixli, müəllifinin Tofiq Rəcəbov olduğu qeyd olunan “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi” başlıqlı yazıda “AGBank” ASC haqqında yayımlanan işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsini cavabdeh Tofiq Zəbulla oğlu Rəcəbovun üzərinə vəzifə olaraq qoyub. Bundan əlavə Tofiq Rəcəbov “AGBank”-a dəyən zərərə görə bankın hesabına 1000 manat ödəməli olacaq.

Xatırladaq ki, Tofiq Rəcəbov Azərbaycana inqilab üçün 18 milyard avro gətirildiyini açıqlamışdı. Tofiq Rəcəbov “AGBank”la bağlı söylədiyi fikirlərin əsassıs olduğunu etiraf edib.

Son xəbərlər
Oxşar xəbərlər