24 C
Baku
Sunday, August 14, 2022

Nəyə görə bazar günü bizi xoşbəxt etmir?

Həftənin bazar günü – işləyən və təhsil alan insanlar üçün əsas istirahət günüdür. Lakin bizlərdən bir çoxu həftənin bu son günündən yararlanıb, maksimum istirahət etmək əvəzinə qarşıdan gələn iş həftəsini düşünərək təəssüflənirik.  Həftənin bizim üçün çox dəyərli olan bu istirahət gününün bitməsinə görə necə təəssüflənməyə bilərik?

Ardıcıl olaraq 2 istirahət gününə sahib olan insan şənbə günü əylənməyi, bazar günü isə xoşagəlməz işləri (ev tapşırığını etmək, evi yığışdırmaq, alış-verişə getmək) görməyi üstün tutur. Psixoloqlar istirahət günlərinin yerini dəyişməyi məsləhət görür. Etməyi sevmədiyiniz işləri şənbə günü etməli, istirahəti isə bazar gününə təyin etmək lazımdır.

Bundan əlavə, bir çox insanlar öz düşüncələri ilə öz əhvallarını korlayırlar. İstirahət günlərində iş və gələcək həftədə sizi nə gözlədiyi barədə düşünmək sizi istirahət etmək şansından məhrum edir. Time-management mütəxəssisi Pegi Dunkan bütün işləyən insanlara həftənin bazar ertəsinin səhər saatlarına heç bir vacib görüş təyin etməməyi məsləhət görür.

İnsanlar iş həftəsi ərzində kolleqaları, müştərilər, tələbələr və s. ilə məcbur şəkildə ünsiyyət qurmağa məcbur olur. Bu səbəbdən də həftə sonlarını təklikdə, heç nə etmədən keçirmək istəyi yaranır.

Əslində isə, sosial şəbəkələrdə boşuna vaxt keçirmək, hədsiz dərəcədə qida qəbul etmək və bütün günü televizor izləmək yorğunluq yaradır və düşüncələrinizi səliqəyə salmağa mane olur. Həftə sonu təşkil edilən ictimai tədbirlər gümrahlıq əldə etməyə və həyatı daha maraqlı etməyə kömək edəcək. Bu konsertə, muzeyə səfər etmək və yaxud sadəcə dostlarınızla görüşmək də ola bilər.

Bir çoxlarına elə gəlir ki, bazar gününün axşamı çox sürətlə keçir. Bu ona görədir ki, belə düşünənlər öz qiymətli zamanlarını yalnızca divanda yataraq, televizora baxaraq və s. bu kimi faydasız məşğuliyyətlərə sərf edirlər.

Özünə faydalı və aktiv zaman (təbiətdə zaman keçirmək, kitab oxumaq, dostlarla görüşmək və s.) təşkil edən şəxs gələcək həftənin qayğılarını düşünməyə və öz əhvalını yersiz yerə korlamağa zaman tapmayacaq.

Son xəbərlər
Oxşar xəbərlər