Nəyə görə imkanlı valideynlərin övladları hər şeyə özləri nail olmalıdırlar?

0

Redaksiyadan. Bir neçə il bundan əvvəl “TexnoNİKOL” şirkətinin təsisçisi və Rusiyanın ən varlı insanlardan biri olan İqor Rıbakov, həyat yoldaşı Yekaterina ilə birlikdə elə qərara gəldi ki, uşaqlarına miras qoymayacaq. Milyarderin və onun həyat yoldaşının fikrincə, valideynlərin qazandığı pul uşaqları azadlıqdan məhrum edərək, faktiki olaraq gələcək uğursuzluqları müəyyən edir.

Əlbəttə ki, hər birimiz öz gələcəyimizi və uşaqların gələcəyi haqqında düşünür. Bəzən öz istək və arzularımızı uşaqlarımız vasitəsilə realizə etməyə çalışırıq, bu, tamamilə yanlışdır. Çalışın uşaqların arzu və istəyini nəzərə alasınız, onlara azadlıq verəsiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu baxımdan həyat yoldaşım Katya ilə eyni problemlə üzləşmiş olduq. İki il bundan  əvvəl YouTube kanalı üçün bir video çəkdim, orada uşaqlarıma miras qoymaq fikrincə olmadığımı demişdim (bizim dörd uşağımız var). Bu, güclü polemikaya səbəb oldu. Mənim məqsədim insanları provokasiya etmək deyildi, sadəcə mən başa düşdüm ki, uşaqlarım kapitalımın və ya biznesimin “mühafizəçisi” olmaq məcburiyyətində deyillər. Yəni, sual belə idi: gözləntiləri uşaqların boynuna qoyaraq, onların həyatını qabaqcadan proqramlaşdırmaq və ya azadlıq verərək, onlara “öz həyatının sahibkarı olmaq” imkanını bəxş etmək.

Əsas odur ki, sualı düz qoyasınız. Əgər uşağınıza münasibətdə hər hansısa gözləntiləriniz varsa, bunu ona əvvəlcədən deyin. Belə ki, gənc beyin çox mürəkkəbdir: fikrinizi aydın şəkildə deməsəniz, uşaq o fikri özü tamamlamalı olacaq. Nəticədə, istəyiniz nəticənin tam əksini əldə etmiş ola bilərsiniz. Bu qayda böyüklərə də aiddir.

Biz müvəffəqiyyətli insanların davranışını nəzərdən keçirtdik. Əldə etdiyimiz statistik məlumatlar məni dəhşətə gətirdi! Məlum oldu ki, adətən üçüncü nəslə qədər kapitalın yalnız 1/7 hissəsi qalır! Biz bunun səbəbini araşdırdıq və cavabı tapdıq. Məsələ ondandır ki, mənim uşaqlarım hər şeyi görüblər – şirkətin inkişafı üçün atdığım addımlardan tutmuş kapitalın toplanmasına qədər. Ən yaxşı halda onlar bu kapitalın “mühafizəçisi” ola bilərlər. Vurğulayıram – mühafizəçisi.

Əgər biznesin idarə edilməsini onlara həvalə etsəm, onlar aldıqları kapitalı artıra bilməyəcəklər. Axı onlar xüsusi şəraitdə böyüyüblər, bu işə sıfırdan başlamayıblar, sağ qalmaq uğrunda mübarizə aparmayıblar. Belə çıxır ki, onlar uğursuzluğa düçar olacaqlar. Onlar çox yaxşı mühafizəçi ola bilərlər, bəs sonra?

Sonra isə mühafizəçilərin uşaqları – müvafiq olaraq, mənim nəvələrim – valideynlərinin kapitalı mühafizə etdiyini müşahidə edəcəklər. Onlar bu məsuliyyətdən qurtulmağa çalışacaqlar və çox güman ki, üçüncü nəsildə biznes tamamilə iflas edəcək. Bu, təəccüblü deyil. Belə ki, onların bu bizneslə heç bir əlaqələri yoxdur, onlar biznesin qurulması prosesində nə iştirakçı, nə də şahid olmayıblar. Mən başa düşürəm ki, üçüncü nəsil ilə biznes arasında heç bir emosional bağlılıq olmur. Bu da iflasa gətirib çıxarır.

Bunu dərk etdikdən sonra elə qərara gəldik ki, uşaqlarımıza heç bir miras qoymayacağıq və onlar həyatınız özləri müəyyən edəcəklər. Nöqtə. Onlar “öz həyatının sahibkarı olacaqlar”.

Qərar qəbul edildi və biz uşaqlara bu barədə məlumat verməli idik. Düzünü desəm, çox qorxurdum. Həyat yoldaşımla bu haqda çox düşünmüşdük, uşaqların reaksiyasını ehtimal etməyə çalışırdıq.

Uşaqlar bizi diqqətlə dinlədilər. Bir neçə dəfə soruşdular: “Bu zarafatdır? Dəqiq qərarınızdır?”. Sizcə, onlar təəccübləndi? Təəssüfləndi? Dəqiq olaraq, yox. Nəticədə, onlar bu qərarı qəbul etdilər. Mənim yaxın dostum Ruben bu mövzunu dərindən tədqiq etdi və belə qənaətə gəldi ki, hər şeyin öz vaxtı var. Belə ki, insan  21 yaşına qədər formalaşır və böyüyür. Bu yaşda olan uşaqlara nə isə demək mənasızdır, onlar bu fikir ilə uyğunlaşa bilməyəcəklər. Biz bütün bunları nəzərə aldıq və qərar verdik ki, deməyin vaxtıdır. Həmin dövrdə böyük qızımın 15, böyük oğlumun isə 12 yaşı var idi.

Vaxt keçdi. Böyük qızımız planladığı yerdə təhsil alır. O, təqaüd alaraq, bütün xərclərini özü qarşılayır. O, büdcəsini özü planlayır: geyim, yol xərci, qida. Mən görürəm ki, o, öz vaxtına və formalaşmasına sərmayə etmək istəyir. Və bu məni çox sevindirir.

Uşağın büdcəsi – oyun deyil, fərdi təsərrüfatın formalaşmasıdır. Bu, möhtəşəm effekt verir: qızımız evə gələndə biz məişət problemlərini deyil, teatr və incəsənəti müzakirə edirik, birlikdə çox gözəl vaxt keçiririk. Ünsiyyətimiz maliyyə məsələləri ilə bağlı deyil, çünki büdcələr ayrıdır və biz hər ikimiz bunu başa düşürük.