19 C
Baku
Wednesday, May 22, 2024

Nəyə görə qadın daha yaxşı liderdir?

Hər bir dahi şəxsiyyətin arxasında ağıllı bir qadın dayanır.

Siz google-da axtarış xanasına “Niyə qadınlar” –yazsanız ilk çıxan söz birləşməsi “belə dəlidir” olacaq. İkinci söz birləşməsi isə “belə səthidir”, üçüncüsü isə “belə emosionaldır” olacaq. Mənim axtarış edərkən, öz araşdırmamın adını yazmaqdan qabaq gördüyüm son söz isə “belə rəzildir” olmuşdu, bundan sonra mən o nəticəyə gəldim ki, bəzi goolgle-çuların başında problem var. 
Lakin mənim daha çox marağıma səbəb olan amil qadınlar haqqında bu cür ikimənalı ifadələrin və fikirlərin insanlar arasında belə geniş yayılması və əks-səda doğurmasıdır. Əslində onlar Jenna Goudreau-nun keçən ay “qadın rəhbərlər haqqında ən pis stereotiplər” adlı yazısı ilə geniş şəkildə bağlıdır. Güclü, əlində səlahiyyətləri olan qadını adətən soyuqqanlı, daş ürəkli, sərt, zəif, emosional, subay və ya tənha, həmçinin bir sıra toksik asılılıqları olan insan kimi qəbul edirlər. Ola bilsin ki, bu stereotiplər sükan arxasında, yəni idarəetmədə olan qadınlardan sarı ən adi narahatlıqları, qayğıları əks etdirir.

Amma hamımız bilirik ki, əslində zirvəni fəth etməyə nail olmuş qadınların gerçəkliyi tamamı ilə fərqlidir. Bunun an aşkar nümunəsi isə Almaniyanın baş kansleri Angela Merkeldir (yeri gəlmişkən o ailəlidir). Xanım Angela, Forbes-in təqdim etdiyi dünyanın ən güclü şəxsiyyətlərinin siyahısında dördüncü yeri tutmuş, ən nüfuzlu qadınların sırasında isə birinci yerdədir. Ola bilsin ki, bu onun yaxşı düşünülmüş davranışının və ya şəxsi həyatının cəmiyyətin müzakirəsinə buraxmamağının nəticəsidir, dəqiq olan odur ki, məhz hansısa bir xüsusiyyət Merkelin Fransanın zadəgan əsilli prezidentindən daha çox sevilməsinə səbəb olmuşdur.

Bu sadəcə mənim subyektiv fikrim deyil. Almaniyanın Der Spiegel qəzeti dərc etmişdir ki, hətta sıravi Fransa vətəndaşları da öz prezidentlərindən daha çox Merkelə etibar edirlər. Bu məlumatı verərkən onlar Le Parisien qəzetinin apardığı sorğuya istinad ediblər.

hilary%20kslLakin həyatları cəmiyyətin gözü önündə olan qadınların sayı da kifayət qədər çoxdur. Bu ilin əvvəllərində ABŞ-da aparılmış ümumi ictimai rəy sorğusuna əsasən Hillari Klintonun məşhurluq reytinqi hətta 66% faizlik göstəricini də üstələmişdir. Sorğuda da deyildiyi kimi, bunun əsas səbəbi Hillarinin icra etdiyi dövlət katibi vəzifəsinin onun siyasi tərəfdaşlarının mübarizəsindən çox yüksəkdə dayanmasıdır. Amma fakt həmişə özünü göstərir, o həqiqətən də öz işinin öhdəsindən çox məharətlə gəlir.

Yuxarıda adı çəkilə liderlərdən hər ikisi siyasətdə təmsil olunur, biznesdə yox və Maria Forbes bu yaxınlarda qeyd etdiyi kimi, biznes elə bir xanədanlıqdır ki, onun şüşə tavanları hələ də toxunulmaz qalıb. Təəssüf ki, araşdırmalara əsasən “Avropa kompaniyaları arasında ən güclü artım göstəriciləri məhz o şirkətlərdə qeydə alınmışdır ki, onların komandalarında xanım baş menecerlərin sayı üstünlük təşkil etmişdir”. İdarəetmə heyətində xanımların sayı çox olan şirkətlər öz rəqiblərini rentabelliyə (satış gəlirlərinə) görə 42%, investisiya olunmuş kapital gəlirlərində 66% və müəssisə kapitalından olan rentabelliyə görə 53% qabaqlayır. Digər araşdırma göstərir ki, qadınlar cəlb olunmuş komanda təkcə kişilərdən ibarət olan komandalardan daha intellektual olur.

Beləliklə hansı göstəricilər qadını daha yaxşı lider kimi formalaşdırmağa qadirdir?

1. Kommunikasiya bacağı (ünsiyyətə meylli olmaq) səmərəli rəhbərlik üçün ən vacib xüsusiyyətlərdən biridir, Harvard biznes məktəbinin professoru Nithin Nohria belə qənaətdədir. O yazır ki, böyük liderlərin əksəriyyəti vaxtının əsas hissəsini ünsiyyətdə -söhbət edərək keçirir. Ənənəvi olaraq, qadınlar öz fikirlərini sözlərlə ifadə etməyə gələndə həmişə kişilərdən bir addım daha qabaqda olublar.

2. Empatiya (özünü digərini yerinə qoyma, mərhəmət) işçilərin öz işlərini yaxşı icra etməsinə müsbət təsir göstərir. Digərlərinin nə hiss etdiyini başa düşmək bacarığı, yəni kimin həddindən çox işləməsini, kimin çox əziyyət çəkdiyini və çarəsiz vəziyyətdə olmasını anlamaq “effektiv idarəetmənin təşkilinə öz töhfəsini verən xüsusiyyətdir” –bütün bunlar Kreativ Liderlik Mərkəzi tərəfindən dərc olunmuş rəsmi kitabçada daha geniş şəkildə şərh olunur.

3. Liderlər uzaqgörən olmalıdır (və onlar bu uzaqgörənliyi öz komandasına da çatdırmalıdır). Avropada Merkel haqqında düşünün. O deyir:”Dünyanın gözü Almaniyaya və Avropaya baxır. Onlar bilmək istəyirlər ki, biz ikinci dünya müharibəsindən sonra dünyanın düçar olduğu ön böyük böhranın məsuliyyətini öz üzərimizə götürməyə hazırıqmı və bunu edə biləcəyikmi?”

4. Perspektiv. Qadınlar problemlərə başqa cür yanaşırlar. Onlar demək olar ki, əhalinin yarısını təmsil edirlər, buna görə də həmin yarının arzu və istəklərini, müştəri maraqlarını əks etdirirlər. Ən yaxşı komandalar müxtəlif bacarıqların və müxtəlif təcrübələrinin qarışığından təşkil olunur və onlar təşkilata yenilik və qığılcım gətirirlər. –Financial Times-in müxbiri Silvian Perrins yazır.

5.Yetkinlik. Məhz maliyyə böhranın arxasınca bu dəyər demək olar ki, heç nədən-yoxdan hasil oldu. Qəfil hadisə, risk və təhlükələrdən xəbərdarlıq və ehtiyatlılıq ən çox qiymətləndirilən və qızıla bərabər xüsusiyyətlərə çevrilib. Islandiya uğursuzluğa düçar olub, öz kişi prezidentinin xidmətindən imtina etdikdən sonra, yeni qadın ölkə başçısının sabiq prezidentin masasının tör-töküntüsünü təmizləməsi göz qabağına gəlir. Uzun müddətlər, gələcək haqqında düşünmək, uzaq gələcəyə dair planlar qurmaq isə ilk növbədə qadına məxsus olan bir davranış və cəhətlərdir.

Bütün bu xüsusiyyətləri yalnızca qadınlara aid etmək böyük bir səhv olardı. Əlbəttə ki, zalım qadın rəhbərlər də vardır, qəddar və məhv edici qadınların sayı da az deyil, təbii ki, böyük miqdarda mərhəmətli və ruhlandırıcı kişilər də mövcuddur. Ümumilikdə mən gender stereotiplərinin əleyhinəyəm, amma yenə inanıram ki, əgər qadın rəhbərlərimiz daha çox olsaydı dünya daha yaxşı bir yer olardı. Harvard universitetinin psixologiya professoru Steven Pinker də mənimlə razılaşaraq bildirir ki, əgər hakimiyyət başında qadınlar olsaydı, onda yer üzündə daha çox sülh bərqərar olardı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər