Nəyə görə Xirosimə və Naqasakidə yaşayış var, Çernobılda isə yox?

1945-ci ildə iki yapon şəhərinə, Xirosima və Naqasakiyə, iki atom bombası atılmışdı. On illərdən sonra, 26 aprel 1986-cı ildə, Çernobil AES Ukraynada dördüncü nüvə reaktoru partlamışdı.

Bugünkü gündə Xirosimədə və Naqasakidə 1,6 milyon insan yaşayır. Lakin keçmiş elektrostansiyanın, Çernobıl zonası adlanan, 30 kilometr diametrlik ətrafı kimsəsiz hesab edilir və orada məskan salmaq qadağandır.

Xirosimaya düşmüş bombanın uzunluğu 3 metr, çəkisi 4,5 tonn təşkil edirdi və onun tərkibinə 63 kq uran daxil idi. Atom bombasına «Körpə» adı verilmişdi. Plana uyğun olaraq bomba Xirosimanın üzərindən 600 metrdə partlamışdı, reaksiya başlamışdı və nəticədə 16 kilotonn gücündə partlayış olmuşdu. Xirosima düzənlikdə yerləşdiyi üçün atom bombası bura çox böyük xəsarətlər yetirmişdi: 70 min insan ölmüşdü, bir o qədər də insan yaralanmış və şəhərdəki binaların təxminən 70%-i dağıdılmışdı. Daha sonra isə 1900 nəfər xərçəng xəstəliyindən vəfat etmişdilər.

«Gömbul» bombası

110

Naqasakiyə atılmış «Gombul» adlı bombanın tərkibinə 6 kiloqram plutonium daxil idi. O, 500 metr hündürlüyündə və 21 kiloton gücü ilə partlamışdı. Bomba vadidə partladığı üçün şəhərin böyük hissəsi xəsarət almamışdı. Buna baxmayaraq, 45 mindən 70 minə qədər insan yerindəcə ölmüşdü, daha 75 min insan isə yaralanmışdılar.

Çernobıl qəzasını isə dəf etmək mümkün idi. Reaktorun konstrukiyalarında çatışmamazlıqlar var idi. Birincisi, dondurucu reagentin miqdarı azalanda reaksiya daha tez keçirdi və daha çox istilik ifraz olunurdu. Beləliklə, dondurucu maye azalırdı. İkincisi isə, dəmir beton əvəzinə reaktorun tikilməsində ağır betondan istifadə edilmişdi.

Mühəndislər məhsuldarlığı sınaqdan keçirtmək istəyirdilər, yanacaqda 205 əməliyyat çubuğundan yalnız altısı çalışırdı. Beləliklə, soyutma üçün çox az miqdarda su daxil edilirdi. Reaktorda olan su isə tez bir zamanda buxara çevrilirdi və istilik ifraz olnurdu və geriyə qalmış əməliyyat çubuqları tıxanırdılar. Nəticədə partlayış baş vermişdi və təxminən on ton və istiliyi ifraz olnumuşdu. Radioktiv axın nəticəsində həlak olmuş insanları dəqiq sayı məlum deyil.

Beləliklə, 30 kilometrlik Çernobıl zonası radioaktiv izotoplarla, sezium-137, stronsium- 90, yod- 13- çirklənib və burada insanların yaşaması təhlükəsiz deyil. Xirosima və Naqasakidə isə belə bir hal müşahidə olunmur. Bu fərq iki amillə əlaqədardır: Çernobıl elektrostansıyasının reaktorunda daha çox nüvə yanacağı var idi və bundan savayı, partlayış havada deyil, yerdə baş vermişdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.