12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Nəzarətin gücləndirilməsi sosial sığorta haqlarının yığımına müsbət təsir edib”

“Məcburi dövlət sosial sığorta sahəsində inzibatçılığın artırılması, ölkədə qeyri-formal məşğulluğun azaldılması və əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində nəzarət tədbirlərinin həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), həm də İqtisadiyyat Nazirliyi tərəfindən gücləndirilməsi sığorta haqlarının yığılmasına müsbət təsir edib”.

Bunu maliyyə naziri Samir Şəridov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Bununla da, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsitin 486 milyon manat və yaxud 29,8 % azaldılmasına, Fondun xərclərinin isə 161 milyon manat və yaxud 3,1 % artırılmasına nail olunub.

Son xəbərlər
Oxşar xəbərlər
X