Bir gün yeni şagird müəllimindən soruşur:
—Müəllim, əgər alıcı sənin xoşuna gəlmirsə nə etmək lazımdır?
— Xoşuna gəlmirsə? — deyə müəllim eşitdiyi sualı təkrar etdi.
— Bəli, çünki elə olur ki, hər hansı bir insan öz xarici görünüşü, geyim tərzi, özünü aparmaq forması ilə sizdə xoşagəlməz hisslər yarada bilər.
Müəllim deyir:
— Maraqlıdır, bəs onun pulları var?
—Bəli… Yəqin ki… Daha doğrusu… Əlbəttə…. – deyə şagird tərəddüd etdi.
— Bəs heç olurmu ki pullar səndə xoşagəlməz hiss yaratsın?
— Pullar? — deyə şagird təəccübləndi. — Xeyr, pullar mənim çox xoşuma gəlir.
— Sən onları sevirsən? — müəllim dəqiqləşdirdi.
— Belə də demək olar, — deyə şagird öz sözlərinə qulaq asdı və dəqiqləşdirdi — Bəli, əlbəttə, çox sevirəm!
Bütün bunları eşidən müəllim deyir:
— Onda hər dəfə qərar ver. Nə daha vacibdir: pulları sevməyin və yaxud müştərini sevməməyin.