17 C
Baku
Saturday, May 4, 2024

Nə etməli olduğunu bilməyəndə nə etmək lazımdır?

Mənbə: Harvard Business Review

Çoxumuz bizi gözləyən gələcək üçün böyük səylə hazırlaşırıq, buna rəğmən bəzən heç də hər şey bizim planlaşdırdığımız kimi alınmır. Əgər siz təzəcə işdən çıxarılmışsınızsa və ya təhsilinizi təzəcə başa vurub iş tapmağın necə çətin olacağını başa düşürsünüzsə və ya hər gün işdə yüzlərlə stressli situasiya ilə qarşılaşan menecersinizsə, bütün bu deyilənlər sizə aiddir və hətta siz boss olsanız belə, çünki hər gün dağıdıcı texnologiyalar və yoxdan var olan, birdən birə ortaya çıxan və sizin sektorunuzu alt-üst çevirən rəqiblərlə mübarizə aparmalı olursunuz.

 Bütün bunlar son dərəcə qarışıqdır və narahatlıq doğurur. Söhbət heç də bizə hər şeyin necə olacağını deməklərindən getmir. Sizi böyüdərkən elə tərbiyə edib, elə öyrədiblər ki, sanki gələcək kifayət qədər öncədən görülə biləndir və əgər biz səylə çalışsaq, əzmkar olsaq baş çıxardığımız sahədən istədiyimiz bir işi əldə edə biləcəyik, bununla da biz xoşbəxt və uğurlu həyata sahib olacağıq.

Lakin bu deyilənlər heç də özünü olduğu kimi doğrultmadı (hətta özünü xoşbəxt sayan adamlar üçün). Bizlərdən çoxu, bəlkə də əksəriyyəti, öz istədiyi şeylərin əldə edilməsində elə də proqress nümayiş etdirmir.

Biz belə qənaətə gəlmişik ki, səbəb inanılmaz dərəcədə asandır. Bizə, necə düşünməyi və necə hərəkət etmək lazım olduğunu, öyrədilən üsullar öncədən görülə bilən gələcəkdə özünü doğrulda bilərdi, lakin bizim yaşadığımız bugünkü dünyada əfsus ki, elə də yox.

Öncədən xəbər verilə bilən dünya ilə necə mübarizə aparmaq yollarını bilirsinizmi?

  1. Siz (və ya sizin valideynlər, müəllimlər və ya rəhbərlər) gələcəyə dair ehtimallar irəli sürür.
  2. Həmin gələcəyə nail olmaq üçün siz yüzlərlə plan qurur və onların içindən ən optimal hesab etdiyinizi seçirsiniz.
  3. Siz həmin məqsədə nail olmaq üçün bütün ehtiyac duyulanı resursları toplayırsınız (təhsil, pul və s)
  4. Sonra isə siz o planı gerçəkləşdirmək üçün hərəkətə keçirsiniz.

Bu cür düşüncə və hərəkət tərzi istər təhsil, istər də təşkilatı qurumlar tərəfindən o qədər bizim beynimizə yeridilmişdir ki, bizim bu və ya digər dərəcədə hər hansı bir hədəfə nail olmamız üçün yeganə vasitəyə çevrilmişdir.

Lakin xəbər verilə bilən, yəni məlum gələcəkdə çox ağıllı təsir bağışlayam metodlar, hadisələrin xəbər verilə bilmədiyi, yəni naməlum gələcəkdə heç də işə yaramır. Məhz bu fakt bizlərdən əksəriyyətinin yaşadığı məyusluq hissinin əsas özəyini təşkil edir. Sadəcə indi hadisələr heç də bir zamanlar olduğu qədər gözlənilən, yəni qabaqcadan xəbər verilə bilən deyildir.

Bəs qabaqcadan görülə bilməyən və uzun müddətli planların qurulması mümkün olmayan dünyada siz öz hədəflərinə nail olmaq üçün hansı üsuldan istifadə etməlisiniz? Bu çox pərişan edici sualdır, lakin bu gün “dəyişiklik yeganə sabit olandır” ifadəsi o qədər özünü doğruldur ki, artıq bir şüara çevrilmişdir və bu elə bir şeydir ki, buna hər kəs əməl etməlidir.

Bizim yeni kitabın (Just Start –sadəcə başla) mərkəzi xətti də bu məsələ ilə bağlıdır: gələcək naməlum olduqda, bizim ənənəvi yolla düşünmə üsulumuz, nə baş verəcəyini deməkdən ötrü son dərəcə məhduddur. ( Öz işindən çıxıb, yeni nəyəsə başlamaq yaxşı ideyadırmı? Bizim inkişaf etdirdiyimiz prototip bazarda özünə yaxşı iş tapa biləcəkmi?)

Sizin fərqli yanaşmaya ehtiyacınız var.

Biz sizə birini təklif edə bilərik. Naməlum dünyada yolçuluq etmək üçün sizə sınanılmış metodlardan birini, bizə öyrədilmiş fikirləşmə tərzini tamamlayacaq bir yanaşmanı təqdim edirik. Bu, sizə qarşılaşacağınız situasiya növündən asılı olmayaraq, yüksək qeyri müəyyənlik səviyyəsi ilə mübarizə aparmağa kömək göstərəcək. Biz bunun işlədiyinə ona görə əminik ki, gündəlik olaraq qeyri-müəyyənlik, naməlumluq ilə üzbəüz gələn insanlar -iş adamları, biznesmenlər –ondan hər zaman müvəffəqiyyətlə istifadə edirlər. Bu yanaşma həmçinin Babson College -dünyanın bir nömrəli sahibkarlıq məktəbi tərəfindən də istifadə olunur, bizlərdən biri isə həmin məktəbin prezidentidir.

Babson bu yanaşmanı “sahibkarlıq düşüncəsi və fəaliyyəti” adlandırır, biz isə ona qısa şəkildə “Hərəkət et, Öyrən, Tik və Təkrar et” deyirik.

Virginia’s Darden Universitetinin Biznes Məktəbindən olan Saras D. Sarasvathinin araşdırmasına və Babson College məktəbindən digərlərinin oxşar tədqiqatlarına əsaslanan bu yanaşma naməlumluqla mübarizə aparmaq üçün zamanla sınanılmış bir vasitədir.

Sadəcə, qeyri müəyyən gələcək qarşısında dayanan sahibkarlıq fəaliyyətini nəzərdən keçirək. Onlar qeyri-müəyyənlik ilə, onu təhlil etməyə çalışmaqla, və ya istənilən bir hal üçün plan quraraq və onun nəticələrinin necə ola bilməsini ehtimal etməklə mübarizə aparmırlar. Bunun əvəzinə, onlar hərəkət edir, tapdıqlarından öyrənir və yenidən hərəkət edirlər. Daha dəqiq desək proses buna bənzəyir:

1. Arzu ilə başla. Sən nə istədiyini tapır / ya da onun haqqında düşünürsən. Sənin elə də çox ehtirasa və həvəsə ehtiyacın yoxdur, sadəcə başlamaq üçün arzun kifayət qədər güclü olması bəsdir. (Mən həqiqətən restoran açmaq istərdim, lakin nə vaxtsa bunu edə biləcəyimə dair azacıq da inamım yoxdur.“)­

2.Öz hədəfini qətiləşdirən kimi, o istiqamətdə ağıllı və cəld bir addım at. Ağıllı addım nədir? Bu sizin əliniz altında olan vasitələrdən dərhal istifadə edə biləcəyiniz bir yerdir. Siz nə bilirsiniz, kimi tanıyırsınız və ya istifadə edilməsi mümkün olan istənilən bir şey. (“Mən çox dahi bir aşpaz tanıyıram, əgər mən bütün dostlarımdan və qohumlarımdan istəsəm, onlar mənə borc pul verə bilərlər, onda mənim bir məkan açmaq üçün kifayət qədər vəsaitim olar.”) Əmin olun ki, xərcləriniz heç vaxt, uğursuzluq olacağı təqdirdə yol verə biləcəyiniz məqbul itki həddindən çox olmasın. Riskləri paylaşdırın və ideyanızın keyfiyyətli olmasına diqqət yetirin.

3. Refleksiya və atdığınız addımın nəticələri əsasında fəaliyyət göstərmək qabiliyyəti. Siz bunu ona görə etməlisiniz ki, hər dəfə fəaliyyət göstərdikdən sonra gerçəklik dəyişir. Bəzən atdığınız addım sizi görmək istədiyiniz işə daha çox yaxınlaşdırır. (Mən elə bir məkan almalıyam ki, şəhərin mərkəzi –işgüzar hissəsinin bir-başa kandarında olsun“); bəzən sizin istədiyini bir şey dəyişir (“belə görünür ki, burada yaxınlıqda dəhşətli dərəcədə çox italyan restoranları var. Biz öz menyumuza yenidən göz gəzdirməli olacağıq. “) əgər sən diqqətli olsan, hər zaman yeni nə isə öyrənə bilərsən. Ona görə də hərəkətə keçməkdən öncə soruş: bu etdiklərin səni öz arzuna daha yaxın edəcəkmi? (“Bəli, belə görünür ki, mən restoran aça biləcəyəm.”) Daha da yaxın olmaq üçün sizin əlavə resurslara ehtiyacınız varmı? (Hə, mən başqa aşpaz tapmalı olacağam, çünki mənim tanıdığım yalnız italyan mətbəxinin yeməklərini hazırlayır.”) Siz hələ də öz məqsədinizə nail olmaq istəyirsiniz ? (“Bəli.”)  

4. Təkrarla.

Hərəkət et, Öyrən, Tik, Təkrarla. Bu davalı müvəffəqiyyət qazanan iş adamlarının qeyri müəyyənliyə qalib gəlmək üçün istifadə etdikləri üsuludur. Əgər bu onların işinə yaşayırsa, demək bizim hamımızın işinə yarayacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər