8 C
Baku
Sunday, November 17, 2024

“Nə etsələr də, bizi bu iqtisadi proqramdan döndərə bilməyəcəklər”

“Bu faizlər enəcək. Biz xalqımızı da, fermerlərimizi də yüksək faizlə əzdirməyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan İzmirdə qatıldığı açılış mərasimində söyləyib.

“Bizim yeganə məqsədimiz xalqımızın işinə, gələcəyinə sahib çıxmaqdır. Mərkəzi Bankın valyuta ehtiyatı nə qədər idi bilirsinizmi? 27,5 milyard dollar. İndi isə 127 milyard dollardır. Haradan haraya. Nə etsələr də, bizi bu istehsal, məşğulluq yönümlü bu iqtisadi proqramdan döndərə bilməyəcəklər. Ölkəmizdəki mandatçı iqtisadçılar və siyasətçilər Türkiyənin ən böyük iqtisadi qurtuluş mübarizəsini tam əksinə göstərməyə çalışırlar” – deyə Ərdoğan deyib.

Bununla yanaşı, Ərdoğan bildirib ki, 19 ildir bu iqtisadi siyasətin hazırlıqları görülür: “Narahat olmayın, şirkətlərimiz daha çox qazanacaq, işçilərimiz daha yaxşı maaş alacaq. Mən inanıram ki, millətimiz 2023-cü ildə seçimini mandatlı iqtisadçılar və siyasətçilərdən deyil, böyük və qüdrətli Türkiyənin inşasından yana edəcəklər”.

Qeyd edək ki, hazırda 1 dollar 12.25 Türkiyə lirəsi təşkil edir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər