10 C
Baku
Wednesday, December 11, 2024

“Nə qədər olar!”: Pandemiyada işləyən valideynlərə dörd tövsiyə

Bəlkə də tanıdığınız bir çox işləyən valideynlər kimi indi nə edəcəyinizi bilmirsiniz: son bir ildə dəyərlər və prioritetlər dəyişdi və həyat sonsuz gündəlik fəaliyyət dairəsinə, yorğunluğa, günahkarlıq hissinə və digər faktorlara konsentrasiya oldu. Əgər sizə də eyn şeyi hiss edirsinizsə – tək deyilsiniz.

Parents Who Lead kitabının dərcindən doqquz ay keçdi. Bu dövrdə özləri haqqında yeni qavrayış formalaşdıran valideynlərlə yaxından ünsiyyət qurduq. Biz onların sərt qlobal pandemiya şəraitində nəzarəti öz əlinə ala və valideynlik düşüncəsinə daha yaxın ola biləcəklərini gördük.

Əlbəttə ki, universal bir həll yolu yoxdur. Bütün ailələr fərqlidir, hər birimizin öz ailə tarixi və həyat yolu, fərqli situasiyalardan sabitlik və dəstək səviyyəsi var. Lakin bu gün, xüsusilə davam edən dəyişikliklər dövründə şüurlu şəkildə seçim etmək mümkündür. Bunun üçün özünü yaxşı öyrənmək və rəğbətlə buğdanı samandan ayırmaq lazımdır.

İndi isə pandemiya kontekstində insanlara öz dəyərlərini xatırlamalarına kömək etmək üçün illərlə apardığımız araşdırma və tətbiq olunan biliklərə əsaslanan bir neçə praktiki addımları sadalayaq. Biz həyatda təsir göstərə bilmədiyimiz əhəmiyyətli məhdudiyyətlərin ola biləcəyin fərqindəyik (məsələn, uşaqların distant təhsilindən imtina etmək seçiminiz olmaya bilər). Bununla belə, əsas dəyərlərinizlə vaxtınızın çoxunu alan fəaliyyətlər arasında tarazlıq saxlaya bilərsiniz.

Dəyərlərinizi müəyyənləşdirin

Pandemiyanın başlaması ilə dəyişdiyinizi hiss edə bilərsiniz. Lakin balanslı hərəkət etmək üçün yalnız bu hiss yetərli deyil. Hazırda sizin üçün vacib olanı başa düşmək üçün özünüzə vaxt verin. Biz müəyyən etdik: düşüncələri yazmaq konstruktiv fəaliyyət üçün güclü stimul ola bilər. Həyatınızda nələrin dəyişdiyinə dair qeydləri yazın və qısa fasilədən sonra onları yenidən oxuyun. Çalışın ən azı beş əsas dəyərinizi tapasınız.

Böhran dövründə valideynlər üçün hansı dəyərlərin ən vacib olduğunu öyrənmək üçün yüzlərlə işləyən insanla görüşdük. Bir çox dəyərlər əvvəllər əhəmiyyətli olanlarla üst-üstə düşdü, lakin bəziləri reytinqin ilk pillələrinə qədəm qoydu.

İndiki zamanda olmaq

Pandemiya zamanı gün ərzində oynadığımız müxtəlif rollar arasındakı xətt silinir. Bir çoxumuz üçün iş və valideynlik arasındakı fiziki sərhədlərini itirdi. Belə ki, tez-tez iş ilə ailə arasında keçid etməli oluruq – evdə çalışırıq və işdə yaşayırıq. Bu cür şəraitdə konkret bir rola fokuslanmaq kifayət qədər çətindir. Buna görə də işləyən valideynlər şəxsi və peşə münasibətlərində tam iştirakın vacibliyini (və mümkünsüzlüyünü) vurğulayırlar.

Empatiya

2020-ci il dünya səviyyəsindəki əlaqələri və sosial bərabərsizliyi ortaya çıxartdı. Bununla əlaqədar olaraq, əsas dəyərlər sırasına empatiya da daxildir. Bu, əvvəllər işləyən valideynlərin empatiyaya dəyər vermədikləri demək deyil, amma bu gün onlar empatiyanın özləri, ailə üzvləri, həmkarları və cəmiyyət üçün zəruri olduğunu başa düşürlər.

Dayanıqlıq

Hər gün, həftə, ay və ya hər il nə gizlətdiyini təxmin etmək çətindir. Buna görə dayanıqlıq və dəyişən şərtlərə uyğunlaşma qabiliyyəti ön plana çıxır. Qeyri-müəyyənliklə qarşılaşdıqda maneələri dəf etmək, narazılıq və qorxu hissi ilə mübarizə aparmaq, xüsusilə də bu bacarığı övladlarına öyrətmək – çalışan valideynlərin ən vacib dəyəridir.

Həyatınızı dörd mərhələyə bölün

Dəyərlərinizi daha detallı başa düşdükdən sonra, hansı şeylərə ən çox diqqət yetirdiyinizi öyrənməlisiniz.

Həyatınızın dörd əsas sahəsini təsəvvür edin: karyera və ya iş, ev və ya ailə, cəmiyyət (məsələn, dostlar, qonşular, müəllimlər və ya uşaqlarınızın tərbiyəçiləri), “mən” (şüur, bədən, ruh). Bu sahələrdən hər biri sizin üçün nə dərəcədə vacibdir? Onların hər birinə nə qədər diqqət yetirirsiniz? Çox diqqət ayırdığınız, lakin dəyərlərinizə və ətrafınızdakı insanların maraqlarına uyğun gəlməyən sahələr hansılardır? Əməlləriniz həyatınızı, ailənizi, şirkətinizi və ətrafınızdakı insanları zənginləşdirirmi?

Düşünün: hansı vərdişlər və gündəlik qaydalar prioritetlərinizə uyğun deyil? Onların hamısını dəyişdirə bilməsəniz də, bu onları öyrənməyə kömək edəcək. Araşdırmamız göstərdi ki, balansa nail olmaq üçün bəzən kiçik düzəlişlər belə kifayət edir.

Yeni yollar sınayın

Baş verənlərdən sonra yoğunluq hiss etmək və “koviddən əvvəlki” qaydalara qayıtmaq istəyi tamamilə təbiidir. Pandemiyanın səbəb olduğu yorğunluğu başa düşdükdən sonra qarşınızda irəliləmək üçün yeni imkanlar açılacaq. Diqqətinizi məna ilə dolu fəaliyyətlərə cəmləşdirərək, dəyərlərinizi fərqli şəkildə bölüşdürməyə çalışın. Dəyərlərinizi rəhbər tutun, evdəki vəzifələrinizin bölüşdürülməsinə fikir verin, özünüzə vaxt ayırın, dostunuza dəstək olun, sosial həyata sərmayə qoyun. Kompasınızı başqaları ilə tutuşdurun. Unutmayın ki, həyatınızdakı dəyişikliklər ehtiyaclarınız və dəyərlərinizlə üst-üstə düşməlidir.

Kiçik uğurların gücünü dəyərdən salmayın. Sizin bütün həyatınızı dəyişdirmək məqsədiniz olmamalıdır. Tədricən yeni gerçəklikdə özünüzün yeni versiyasını kəşf edin. Şəxsi dəyişikliklər heç vaxt asan olmur, xüsusən də böyük sosial dəyişiklik kontekstindən danışırıqsa. Düşüncə, təcrübə, sınaq və səhvlər üçün özünüzə vaxt verin. Və nəhayət yeni normanı tapdıqda, zəfərinizi qeyd edin və gördüyünüz iş üçün özünüzə təşəkkürünüzü bildirin.

Müəlliflər haqqında

Stüart Fridman (Stewart D. Friedman) – Uorton biznes məktəbinin menecment professoru, Parents Who Lead kitabının müəllifi.

Alissa Uestrinq (Alyssa F. Westring) – Drinhaus biznes kollecində menecment və sahibkarlıq müəllimi.

Son xəbərlər
Digər xəbərlər